1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə4/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   2   3   4   5   6   7   8   9   ...   45
3.Məcazın növləri

Məcazların ən məhsuldarı metafora adlanır. Metafora yunan mənşəli söz olub, köçürmə deməkdir. Metoforanın əmələ gəlməsi təfəkkürün müxtəlif əşya və hadisələr arasında mövcud olan qarşılıqlı əlaqələri dərketmə bacarığı ilə bağlı bir hadisədir.

Metoforanın əmələ gəlməsi üçün bu və ya digər əşya və ya hadisə adamın bəzəyişi, oxşarlığı nəticəsində başqasının üzərinə keçirilib işlənməsi ilə bağlıdır.

Filologiyada metofora əsasən bədii təsvir vasitəsi kimi qiymətləndirilir.

Metoforanın aşağıdakı növləri var:


  1. Zahiri cəhətdən müxtəlif əşyaların bənzəyişi nəticəsində yaranan metoforalar.

  2. Daxili əlamət və keyfiyyətə görə: boş qab, boş söz, boş qəlb.

3.Canlılara məxsus olan xüsusiyyətlər cansız əşyaların üzərinə keçirilir: axsamaq – işlər axsayır. Ayı (kobud), ilan (zəhərli) və s kimi metoforalar emosional xarekterə malik olub, canlı danışıq nitqində geniş şəkildə işlənir.

Metaforalar quruluşca sadə və mürəkkəb olur.

Sadə metaforalar bir leksik vahidin məcazlaşması nəticəsində əmələ gəlir. Semantikasına görə həmin sözlər qruplara bölünür. a) Heyvan, quş və həşarat adları: aslan (qorxmaz), tülkü ( bic, hiyləgər). b) Təbiət hadisələrinin adlarından tufan və fırtına kimi sözlər də şifahi nitqdə metafora funksiyasında çıxış edir.(dava mənasında). c) Dini-əsatir anlayışlar bildirən sözlərdən də müəyyən bir qismi dilimizdə məcazlaşır: şeytan, iblis və s.

Metaforalar morfolojilik baxımından 2 yerə bölünür. 1) obrazsız metaforalar 2) ifadəli metaforalar.

Obrazsız metaforalar dildə məcazilik xususiyyətini tərk etmiş, tamamilə obrazlığını itirmiş və ifadələr şəklinə düşmüş termin səciyyəlidir: çayın qolu, ağacın başı.

İfadəli metaforalar ekspessiv və obrazlı olur. Məsələn, qoca dünya və s.




Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin