Omonimlərin bədii nitqdə işlınməsi.
Omonim sözlər ədəbi-bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə vasitələrindən biridir. Omonimlər dildə ahəngdarlıq, musiqilik yaradır, dili daha da bədii şəklə salır. Omonimlər vasitəsilə gözəl qafiyələr qurulur, cinaslar yaradılır:
Xoşdur bu dağların sərin havası,
Çal, qarışsın ona gürcü havası.
Keçək Kür çayını, Araz çayını,
Içək Lənkəranın nüybər çayını.
Omonimlərdən xalq yaradıcılığında –folklorda da geniş istifadə edilir, cinas qafiyəli təcnislər yaradılır:
Yox sazımın nə pərdəsi, nə simi,
Kim onu çalıb tərpədər nəsimi
Firdovsi, Füzuli, Hafiz, Nəsimi,
Onlar da yazdığı ayə məndədi (A.Ələsgər).
Paronimlər.
Komponentləri eyni bir nitq hissəsinə aid olan, fonetik tərkib, tələffüz və yazılışca bir-birinə yaxın, eyni vurğulu, eyni köklü, müxtəlif mənalı sözlərə paronim deyilir.
Və yaxud: Dildə səslənmə cəhətdən bir-birinə yaxın, müxtəlif məna ifadə edən və nitqdə səhvən biri digərinin yerinə işlənən sözlərə paronim deyilir. Paronim mənşəcə yunan sözü olub, paro (yanında, ətrafında) və onoma(ad) söələrinin birləşməsindən əmələ gəlmişdir.
Kəsr- kəsir; əsir- əsr.
Müasir Azərbaycan dilində paronimlərin iki növü var. Leksik və poetik paronimlər.
Dostları ilə paylaş: |