Leksik arxaizmlər. Bu arxaizmlərin ifadə etdiyi əşya və hadisələr qalır, özləri köhnəlir. Söz bütövlükdə köhnəlir. Leksik arxaizmlər iki şəkildə əmələ gəlir:
1) Söz əşya və hadisəni adlandırmaqdan uzaqlaşaraq tamam arxaik plana keçir: ayıtmaq- demək, əsruk- sərxoş, yey- yaxşı vəs.
2) Əşya və hadisənin adı başqa bir sözlə əvəz olunması ilə passiv fonda keçir: qanğı- hansı, muy- saç vəs.
Semantik arxaizmlər öz əvvəlki formasını saxlayıb, ancaq mənasını köhnəldən sözlərdir.. Burada sözün özü yox, onun mənası köhnəlir. Öz köhnə mənasını itirərək, yeni məna kəsb edən sözlərin köhnə mənası arxaizmlərin semantik tipini yaradır. Məsələn, xalat və donluq sözləri bəxşiş, qoçu sözü igid və ya quldur mənalarında köhnəlmişdir.
Dostları ilə paylaş: |