( S. Vurğun)
Xumar- xumar baxar qanımı içər,
Xəyal könlümdə, gözümdə gəzər.
( M.P. Vaqif)
Burada daş zindan göstərmək frazeoloji vahidi həbs etmək ifadəsinin qarşılığı kimi verilir.
Frazeoloji vahidlər sözlər kimi dil vahididir, müstəqil mənaya malikdir, cümlənin quruluşunda əsas tikinti materialı rolunu oynayır. Leksik tərkibinə və qrammatik quruluşuna görə dildə hazır şəkildə mövcuddur. Frazeoloji vahidlərlə sözlər arasındakı oxşar əlamətlər aşağıdakılardır.
1. Həm frazeoloji vahidlərlə, həm də sözlərlə leksik məna əsas əlamətdir.
2. Hər ikisi bütöv bir leksik vahid kimi tələffüz olunur.
3. Vahid sintaktik funksiya ifadə edir.
4. Hər ikisi bir məfhumu ifadə edir.
5. Hər ikisinin omonimi, sinonimi və antonimi olur.
Dostları ilə paylaş: |