1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə41/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   37   38   39   40   41   42   43   44   45
Əlifba üsulu dedikdə sözlərin əlifba sırası ilə düzülüb, izah olunması başa düşülür. Lüğətlərdə səslənmə və mənaca yaxın olan sözləri vermək bir qədər çətindir. Ona görə də bu qəbildən olan sözlərin məna fərqini açmaq, izah etmək məqsədi ilə lüğətlər əlifba üsulu ilə tərtib edilir. Əlifba üsulunda sözlərin əlifba sırası ilə düzülüşünə və daxili əlifba sırasına xüsusi olaraq diqqət yetirilir. Lüğətdəki baş o sözdür ki, həmin söz lüğətdə aydınlaşdırılır. Lüğətlərdə aydınlaşdırılan hər bir söz baş söz adlanır. Baş sözlərin seçilməsi, diqqəti etməsi üçün onlar qara və böyük hərflə göstərilir. Lüğətlərdə baş sözə aid verilən izahata lüğət məqaləsi deyilir. Lüğət məqaləsi yığcam və aydın olur.

  1. Lüğətlər məzmun və xarakterinə görə iki böyük hissəyə bölünür:

    1. Ensiklopedik lüğətlər

    2. Linqivistik lüğətlər.

Ensiklopedik lüğətlər. Ensiklopediya yunan sözüdür. Mənası “biliklər dairəsi” deməkdir. Ensiklopedik lüğətlərdə əşya, hadisə, anlayış və s. hərtərəfli aydınlaşdırılır. Ensiklopediya termini elmdə qədim dövrlərdən başlayaraq işlədilmişdir. Ancaq ensiklopediya termini müztəlif dövrlərdə ayrı-ayrı mənaları bildirmişdir. Hal-hazırda ensiklopedik lüğətlərdə elm sahələrinə dair, eləcə də ölkə və xalqlar haqqında məlumat verilir. Burada həm də ölkələrin sahəsi, əhalisi, mədəniyyəti, sənayesi, kənd təsərrüfatı və s. səhələri haqqında məlumatlar olur.

Elm inkişaf etdikcə, həyat dəyişdikcə ensiklopedik lüğətlərə daha çox ehtiyac olur. Ensiklopedik lüğətlər müxtəlig məlumatları əhatə etdiyindən iki növə bölünür: Universal ensiklopediyalar, sahə ensiklopediyaları.




Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin