Izahlı lüğətlər filoloji lüğətlər içərisində əsas yer tutur. Azərbaycan dilinin izahlı lüğətlərinin əsas məqsədi dilin lüğət tərkibində olan sözlərin məna incəliklərini izah etmək, aydınlaşdırmaqdır. Azərbaycan dilinin izahlı lüğətinə aşağıdakılar daxildir:
1.Bütün dilin izahlı lüğəti, 2. ədəbi dilin izahlı lüğəti, 3.ayrı-ayrı şair və yazıçıların dilinin izahlı lüğəti, 4. ayrıca bir əsərin dilinin izahlı lüğəti.
Azərbaycan dilinin izahlı lüğətinin tərtibinə 1945-1946-cı illərdə başlanmışdır. Izahlı lüğətin I cildi 1966-cı ildə Əliheydər Orucovun tərtibi və redaktorluğu ilə nəşr edilmişdir. II cildi 1980, IIIcildi 1983, IV cildi 1987-ci ildə çap olunmuşdur. Son dövrdə Azərbaycan dilinin izahlı lüğəti üç cilddə nəzərdə tutulmuş və çap edilmişdir.
I cild 1997, II cild 1999, III cild 2000-ci ildə nəşr edilmişdir.
Azərbaycan dilinin dialektoloji lüğətləri məqsəd və vəzifələrinə görə iki yerə bölünür:
1.Ancaq bir şivə, dialekt, yaxud ləhcənin dialektoloji lüğəti.
2.Dilin bütün dialektlərinin dialektoloji lüğəti.
Bu lüğət 2964-cü ildə nəşr edilmişdir.
Azərbaycan dilinin omonimlər lüğətində omonimlərin əmələ gəlməsi, inkişafı və məna xüsusiyyətləri əks edilmişdir. 1981-ci ildə H.Həsənovun tərtib etdiyi “Müasir Azərbaycan dilinin omonimlər lüğəti” çap edilmişdir.
Dostları ilə paylaş: |