1.İctimai əmək bölgüsü qanunu



Yüklə 16,6 Kb.
tarix08.12.2022
ölçüsü16,6 Kb.
#120626
bazar-iq-3


Mövzu 3. Bazar iqtisadiyyatının modelləri və Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi
Bazar iqtisadiyyatının əsas qanunları aşağıdakılardır.
1.İctimai əmək bölgüsü qanunu
2.Tələbatların artması qanunu
3.İctimai əmək məhsuldarlığının artması qanunu
4.Kapital yığını qanunu
5.Mənfəət qanunu
6.Rəqabət qanunu
7.Dəyər qanunu
8.Pul tədavülü qanunu
9.Tələb qanunu
10.Təklif qanunu
Bu qanunlar qarşılıqlı şəkildə fəaliyyət göstərir. Bazar iqtisadiyyatının müxtəlif tipləri və modelləri vardır. Bazar iqtisadiyyatının müasir zamanda əsas tipləri aşağıdakılardır.
1.Azad sahibkarlığa və azad rəqabətə əsaslan bazar iqtisadiyyatı
2.Azad sahibkarlığa və inhisara əsaslanan bazar iqtisadiyyatı
3.Qarışıq bazar iqtisadiyyatı
Qarışıq bazar iqtisadiyyatı tipi daha çox geniş yayılmışdır. Qarışıq bazar iqtisadiyyatının əsas modelləri aşağıdakılardır.
1.Liberal model
2.Sosial yönümlü model
3.Sosial demokratik model
Azad sahibkarlığa və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı əsl bazar iqtisadiyyatıdır. Bu bazar tipi XVIII əsrin sonu XIX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatı XIX əsrin sonlarından XX əsrin 30-40 -cı illərinə qədər olan dövrü əhatə edir. Əsas XIX əsrin 70-ci illərindən başlayaraq iqtisadiyyatda inhisar hökranlığı yaranmışdır. Qarışıq bazar iqtisadiyyatı isə XX əsrin 30-40- cı illərindən bu günə qədər olan dövrü əhatə edir. Qarışıq bazar iqtisadiyyatı azad rəqabətə , inhisara və dövlət mülkiyyətinə əsaslanır. Müasir dünyada hakim olan bazar iqtisadiyyatı qarışıq bazar iqtisadiyyatıdır.
Liberal modelin əsas xüsusiyyətləri aşağıdakılardır.
1.İqtisadiyyatda xüsusi mülkiyyətinin çəkisinin çox olması
2.Dövlətin iqtisadiyyatının inkişafına az müdaxiləsi
3.Sahibkarlığın inkişafı
4.Varlılarla yoxsullar arasında fərqlərin çox olması
Liberal model XX əsrin əvvəllərində etibarən ABŞ da mövcud olmuşdur. Hal- hazırda ABŞ iqtisadiyyatı bu modelə yaxındır.
Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas xüsusiyyətləri aşağıdakılardır.
1.Qarışıq iqtisadiyyatın mövcud olması
2.İqtisadiyyata dövlətin müdaxiləsinin güclü olması. Xüsusilə sosial sahələrə təhsilə və səhiyyəyə .
3.Dövlət tərəfindən əhaliyə qeyri-istehsal sahələrindəki xidmətlərin pulsuz təşkili, sosial yardımların təşkil edilməsi, vətəndaşlara pulsuz təhsil və səhiyyə xidmətinin göstərilməsi
4.İşsizlərin sayının minumum həddə çatdırılması
5.Mərkəzi bank sisteminin müstəqilliyi və bankların rolunun əhəmiyyətli olması
6.Əmək haqqlarında milli fərqlərin olmaması
Bu model daha çox Almaniyada mövcuddur. Ona görədə bu model alman modeli adlanır.
Sosial demokratik modeli sosial yönümlü bazar iqtisadiyyatı modelidir. Bu modelə əsasən İsveç də yaranmışdır. Ona görədə bu model İsveç modeli adlanır. Bu model Skandinaviya ölkələrində İspaniyada, Portuqaliyada, Yunanıstanda və.s ölkələrdə fəaliyyət göstərir. İsveç modelinin əsas xüsusiyyətləri aşağıdakılardır.
1.Bu model sosial istiqamətlidir.
2.Dövlət qiymətlərin tənzimlənməsinə xüsusi diqqət verir.
3.Az təminatlı təbəqələrə dövlətin himayəsi yüksəkdir.
4.Həyat səviyyəsi yüksəkdir.
5.Son 100 ildən çoxdur ki, ümummilli məhsul orta hesabla ildə 2.5% artmaqla davam edir.
6.İşsizlərin sayı 2-3% -dən çox olmur.
7.Dövlətin iqtisadiyyata diqqəti çox böyükdür. Yerli vətəndaşlara xidmətlərin böyük əksəriyyəti pulsuzdur.
Yüklə 16,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin