1.İctimai təkrar istehsalın mahiyyəti və onun mərhələləri



Yüklə 20,01 Kb.
səhifə2/6
tarix31.12.2021
ölçüsü20,01 Kb.
#112546
1   2   3   4   5   6
Makroiqtisadiyat

Sadə təkrar istehsal – istehsalın dəyişməz, əvvəlki həcmdə təkrarlanması deməkdir. Daha doğrusu, əgər sadəcə olaraq istehlak edilmiş investisiya əmtəələri və şəxsi istehlak şeylərinin yeri doldurulursa, əlavə investisiya əmtəələri və şəxsi istehlak şeyləri istehsal olunmursa, iqtisadiyyatda çalışan işçilərin sayı dəyişmirsə bu, sadə təkrar istehsaldır. Sadə təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) hamısı şəxsi istehlakın ödənilməsinə sərf olunur.

Geniş təkrar istehsal – istehsal prosesinin artmış miqyasda təkrarlanması deməkdir. Başqa sözlə, bu təkrar istehsalda nemətlər – investisiya əmtəələri, şəxsi istehlak şeyləri əvvəlki dövrlərə nisbətən artır, cəmiyyət yalnız istehlak edilmiş investisiya əmtəələri və istehlak şeylərinin yerini doldurmur, həm də onlardan daha çox istehsal olunur, istehsala daha çox iqtisadi ehtiyatlar cəlb edilir. Geniş təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) bir hissəsi şəxsi istehlak, digər hissəsi isə məhsuldar istehlak üçün istifadə olunur.

Lakin təsərrüfat quruculuğu təcrübəsində elə hallar da olur ki, istehsal nə əvvəlki həcmdə, nə də artmış miqyasda təkrarlanmır, əksinə, onun səviyyəsi əvvəlki dövrlərə nisbətən azalır. Buna azalan və ya məhdud təkrar istehsal deyilir.




Yüklə 20,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin