1.İctimai təkrar istehsalın mahiyyəti və onun mərhələləri


Milli sərvət anlayışının mahiyyəti və tərkibi



Yüklə 20,01 Kb.
səhifə3/6
tarix31.12.2021
ölçüsü20,01 Kb.
#112546
1   2   3   4   5   6
Makroiqtisadiyat

2.Milli sərvət anlayışının mahiyyəti və tərkibi:

Milli sərvət (xalq sərvəti) hər bir ölkənin iqtisadi qüdrətini və imkanlarını ifadə edən çox mühüm göstəri-cilərdən biridir. O, bütün in­san nəsillərinin əməyilə yaradı-lan və müəyyən dövrdə ölkənin əra­zi­sində olan nemətlərdən (investisiya əmtəələri və istehlak şeyləri) və təbii sər­vətlərdən ibarətdir. Buna uyğun olaraq milli sərvəti iki yerə bölmək olar: 1) Insanların əməyi ilə yaradılan sərvət; 2) Təbii sərvətlər (ehti­yatlar).

Milli sərvətin tərkibində insanların əməyi ilə yaradılan sərvət həlledici əhəmiyyətə malikdir. Çünki yalnız yeni təbii ehtiyatların mə­nimsənilməsi imkanları deyil, həm də ətraf mühitin mühafizəsi, habelə təbii ehtiyatların gələcək nəsillər üçün qorunub saxlanması tələblərinə əməl etməklə onlardan səmərəli istifadə edilməsi məhz bu sərvətdən, onun vəziyyətindən asılıdır.

Bu sərvətə əvvəllərdə insanların əməyi ilə yara­dılmış və ölkədə müəyyən dövrdə toplanmış əsas kapital ünsürləri və istehlak olunmamış dövriyyə kapitalı ünsürləri ehtiyat­la­rından ibarət olan maddi resurslar, habelə qeyri-istehsal sahələrində istifadə olunan maddi vəsaitlər (ya­şa­yış bina-ları, xəstəxana və poliklinikaların, idarəetmə müəssisələrinin avadanlıqları, əhalinin şəxsi əmlakı) daxildir.




Yüklə 20,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin