1.İdarəetmə uçotunun predmeti



Yüklə 18,49 Kb.
səhifə1/3
tarix28.11.2023
ölçüsü18,49 Kb.
#136703
  1   2   3
Kol 1 Sual 1 3 5


Kollokvium sualları:
1.İdarəetmə uçotunun predmeti.
2.İdarəetmə uçotunun obyektləri.
3.İdarəetmə uçotunun metodları.
4.İdarəetmə uçotu və maliyyə uçotu arasında oxşarlıq və fərq.
5.Xərclərin təsnifatı.
6.Cavabdeh mərkəzlər və onların formaları.
Cavablar:
1.İdarəetmə uçotunun predmeti.
İdarəetmə uçotunun ən mühüm xüsusiyyəti onun idarəetmə prosesi ilə uçot prosesini əlaqələndirməsidir.
İdarəetmə idarəetmənin predmetinə planlaşma, təşkil, koordinasiya, maraqlandırma nəzarət vasitəsi ilə təsir göstərir. Hal-hazırda idarəetmə uçotunun predmeti dəqiq müəyyən edilməmişdir. Müəssisənin fəaliyyətnin idarəetmə sistem və metodlarının dəyişməsi ilə əlaqədar olaraq idarəetmə uçotunun proseduraları və məzmunu da dəyişir.
Ümumi mənada idarəetmə uçotunun predmetini istehsalın idarəedilməsi prosesinin bütün mərhələlərində obyektlərin məcmusu təşkil edir.
Onları iki qrupa bölmək olar:
1) İstehsalat ehtiyatları;
2) Təsərrüfat proseslər və onların nəticələri.
İstehsalat ehtiyatlarının tərkibinə aşağıdakılar daxildir:
- əsas fondlar, onların vəziyyəti və istifadəsi;
- qeyri -maddi aktivlər, onların vəziyyəti və istifadəsi;
- material resursları
Uçot və hesabatın beynəlxalq standartlarında nəzərdə tutulduğu sistemə görə qeyri-maddi aktivlər bu növlər üzrə qruplaşdırılır:
-intellektual mülkiyyət hüquqları;
-torpaq və təbii ehtiyatlardan istifadə hüquqları;
-təxirə salınan xərclər;
-firmanın qiyməti (Qudvill);. Qeyri-maddi aktivlərə aşağıdakı intellektual mülkiyyət obyektlərinin dəyəri aid edilməlidir: -patentlərin;
-patent sahiblərinin ixtira, sənaye nümunəsi və faydalı model hüququ;
-EHM üçün proqram məhsulları.
İstehsaldakı rolundan asılı olaraq materiallar bu qruplara bölünür:
-xammal və əsas materiallar; -köməkçi materiallar;
-yanacaq;
-ehtiyat hissələri;
-tara və tara materialları;
-alınmış yarımfabrikatlar;.

Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin