Monitorinq termini latın sözü olub “monitor “sözündən əmələ gəlib,müşahidə edən, xəbərdaredici (paruslu gəmidə irəliyə baxan matros belə adlanırdı) deməkdir. İnsanı əhatə edən təbii mühitin qlobal monitorinq ideyası və “monitorinq” tremininin özü 1971-ci ildə BMT-nin ətraf mühit üzrə Stokholm konfransının keçirilməsinin( 1972) hazırlığı ilə əlaqədar olaraq yaranmışdır.Belə bir sistemin işlənməsi üzrə ilk təkliflər ətraf mühitin problemləri üzrə Elmi Komitə tərəfindən irəli sürülmüşdür.Professor R.Menn təklif etmişdir ki,ətraf təbii mühitin bir və ya daha çox elementinin əvvəlcədən müəyyən məqsədlərlə hazırlanmış proqram üzrə məkan və zamana görə təkrar surətdə aparılmış müşahidələr sistemi monitorinq adlandırılsın.Hal-hazırda “ekoloji monitorinq” termini dedikdə ətraf təbii mühitin vəziyyətinin müşahidə,nəzarət,qiymətləndirmə sistemi,proqnozu və idarəedici məsələlərin həllinin hazırlığı ,qəbulunun informasiya təminatı başa düşülür.
Ekoloji vəziyyətin təhlili və müəyyənləşdirilməsi çirkləndirici maddələrin xassələrinə, müşahidələrin təşkilolunma imkanlarına əsaslanaraq aşağıda göstərilən müşahidələrə əsasən həyata keçirilir:
1.İnsan sağlamlığına, iqlimə və ekosistemlərə təsir effektinin dərəcəsi
2.Ətraf mühitə deqradasiyaya meylliyi,insan orqanizmində və qida dövriyyəsində toplanma xüsusiyyəti
3.Fiziki və bioloji sistemlərdə kimyəvi transformasiya olunma imkanları, hansı ki,nəticədə alınan yeni maddə əvvəlkindən daha zəhərli və zərərli ola bilər.
4.Çirkləndirici maddələrin fəallığı,yerdəyişmə intensivliyi.
4.Ətraf mühitin vəziyyətinin qiymətləndirilməsində rolu.
Monitorinq tədqiqatlarının əsas istiqamətlərindən biri ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsidir.Ətraf mühitin keyfiyyəti dedikdə təbii şəraitin insanın fizioloji tələbatına uyğunluq dərəcəsi başa düşülür.Ətraf mühit sağlam və qeyri- sağlam kimi fərqli cəhətlərə malikdir.Sağlam mühitdə insanın sağlamlığı müəyyən normalar çərçivəsində olduğu halda qeyri-sağlam mühitdə bu normalar pozulmuş olur.Normalar pozulduğu hallarda insanla mühit arasında qarşılıqlı əlaqələr pozulur.
Nəticədə insan sağlamlığı dönməz proseslərə məruz qalır.Ətraf mühitin insan sağlamlığına təsirini qiymətləndirmək üçün ətraf mühitin keyfiyyətinin elmi əsasları işlənib hazırlanmışdır. Bu zaman ətraf mühitin standart keyfiyyəti anlayışından istifadə olunur.Ekoloji standartlar ətraf mühitə antropogen təsirin son həddini müəyyənləşdirir.Müəyyən edilmiş həmin yuxarı təsir qiyməti insan sağlamlığı üçün təhlükəli heyvan və bitki örtüyü üçün isə məhvedici hesab olunur.
Ekoloji parametrlər iki istiqamətdə normallaşdırılır:
1.Çirkləndirici maddələrin buraxıla bilən qatılığı- BBQ
2.Zərərli fiziki təsirlərin buraxıla bilən səviyyəsi-BBS.
Hal- hazırda havanı çirkləndirən maddələr üçün 200, suyu çirkləndirən maddələr üçün isə 600-dək maddə BBQ müəyyənləşdirilmişdir.BBQ-ətraf mühitə atılan zərərli maddələrin vahid kütlədə müxtəlif mühitlərdə,məs,su,hava,torpaq və ya vahid həcmdə miqdarıdır.İldən-ilə havada ,suda,torpaqda olan yeni-yeni zərərli maddələr üçün BBQ müəyyənləşdirilir.
Zərərli fiziki təsirlər üçün BBS əsasən səs-küy və elektromaqnit çirklənməsini əhatə edir.Ətraf mühitin keyfiyyəti üçün istehsal-təsərrüfat standartlarının müəyyən edilməsində əsas məqsəd istehsalda kommunal-məişət və diğər sahələrdə ekoloji təhlükəsiz iş rejimini təmin etməkdir.
Ətraf mühitin keyfiyyətini yaxşılaşdırmaq üçün tədbirlər müəyyənləşir və həyata keçirilir:
1.Texnoloji
2.Memarlıq-planlaşdırma
3.Mühəndis-təşkilati
4.Hüquqi
5.İqtisadi.
Əğər baxılan ərazi istehsal kompleksi üçün buraxıla bilən texnoloji yük müəyyən edilərsə, əsas əks əlaqə tullantıların qiymətinə əsasən müəyyənləşdirilir. Əğər dəqiq qiymətləndirmə məlum deyilsə, bu halda ekoloji itkinin qiymətinə böyük əhəmiyyət verilir.Qərarın qəbul edilməsi texnoloji proses və təmizləyici qurğulara təsirlə məhdudlaşmır. Başqa variantlarda təklif oluna bilər,məs,çirkləndirici mənbələrin bölüşdürülməsi və yerdəyişməsi,texnologiyanın yenisilə əvəz olunması,sanitar- mühafizə zonasının artırılması və bu kimi ekoloji mühitə nəzarətin əsas aspektlərindən biri təsir fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsidir.
Ekoloji monitorinqin müəssəsə xidməti ətraf mühitin çirklənməsinin bütün əsas parametrlərini nəzarət etmək üçün lazım olan bütün texniki vasitələrin tam komplektinə malik olmalıdır.Adətən havanın,suyun, torpağın çirkləndiricilərinintərkibi kifayət qədər dəqiqliklə proqnoz edilir,ona görədə ekoloji nəzarət məsələsi məlum çirkləndiricilərin konsentrasiyalarının miqdarca təyin edilməsindən ibarət olur. Bunun üçün ekoloji nəzarətin müəssisə xidmətlərini havanın,suyun,torpağın keyfiyyətinin analizi məqsədilə kompleks səyyar laboratoriyalarla təchiz etmək kifayətdir.Ekoloji xidmətin təşkili, onun texniki təchizatı hər hansı bir müəyyən ərazinin ,onun üzərindəki texnogenez mənbələrinin nəzarətindən əvvəl mümkün çirklənmələrin tədqiqi və proqnoz edilməsindən ötrü elmi- tədqiqat işləri aparılmalıdır.
Suyun mütləq şəkildə təyin olunan keyfiyyət göstəriciləri bunlardır:
Suyun tempraturu
Asılmlş maddələr
pH-turşu-qələvi tarazlığı
həll olmuş oksigen
oksigenin biokimyəvi sərfi
iylər
əsas ionlar
biogen komponentlər
kimyəvi çirkləndiricilər,neft məhsulları,fenollar,pestisidlər,ağır metal birləşmələri
radionuklidlər.
Su hövzələrinin keyfiyyət müşahidələrinin təşkilinin əsas prinsipi onların kompleksliyidir ki, buda suyun keyfiyyətinə fiziki,kimyəvi və hidrobioloji göstəricilər üzrə hidrokimya,hidrologiya və hidrobiologiya üzrə razılaşdırılmış proqramın və müvafiq mikrobioloji işlərin yerinə yetirilməsini nəzərdə tutur.Su hövzələrinin çirklənməsinin müşahidəsi üzrə təşkil edilən işlərin mühüm mərhələlərindən biri müşahidə məntəqəsinin yerinin seçilməsidir. Müşahidə məntəqələri ilk növbədə böyük xalq təsərrüfatı əhəmiyyətli ,həmçinin energetika və sənaye müəssisələrinin, təsərrüfat-məişət axarları,habelə kənd təsərrüfatı sahələri və maldarlıq komplekslərinin axarları nəticəsində xeyli dərəcədə çirklənməyə məruz qalmış su hövzələrində ,su axarlarında təşkil edilir.
Cüzi çirklənməyə məruz qalmış su obyektlərində təbii obyektlərin çirkləndirici maddələrinin miqdarının fon müşahidələri üçün məntəqələr yaradılır.Su hövzələrinin və su axarlarınin keyfiyyətinin müşahidə məntəqələri dörd kateqoriyaya bölünür.Məntəqələrin kateqoriyaları və onların yerləşdirilməsi müəyyən edilmiş qaydada , bir sıra amillər kompleksi nəzərə alınmaqla yerinə yetirilir:
1.su obyektinin xalq təsərrüfatlı əhəmiyyəti
2.suyun keyfiyyəti,su hövzəsinin ölçüsü və həcmi
3.su axarının ölçüsü və sululuğu
4.rejim(su,buz,termik) ,fiziki-coğrafi əlamətlər.
Su hövzələrinin və su axarları sahələrinin ilkin tədqiqatları müşahidə məntəqələrinin təşkilində mühüm mərhələdir,çünki bu gələcəkdə məntəqədə aparılacaq işlərin istiqamətini müəyyən edir.
İlkin tədqiqatın məqsədləri aşağıdakılardır:
su obyektinin vəziyyətinin müəyyən edilməsi ,su istifadəçiləri haqqında məlumatların toplanması və analizi, çirklənmə mənbələrinin su hövzələrinə və ya su axarlarına axıdılan çirkab sularının miqdarı,tərkibi və atılma rejiminin aşkar edilməsi
müşahidə məntəqələrinin yerinin, çayda su rejiminin tədqiq edildiyi müşahidə yerinin və onlardakı şaqul və üfüqlərin müəyyən edilməsi
su hövzəsi və ya su axarını çirkləndirən maddə və biotopların xarakteristikasının müəyyənləşdirilməsi
iş proqramının tərtib edilməsi.
Torpaqda kimyəvi maddələrin insan üçün zərərsiz olan kompleks göstəricisi kinyəvi maddənin torpaqda yol verilən qatılıq həddi (YVQH) adlanır.Kimyəvi maddənin torpaqda YVQH-nin əsaslandırılması təcrübədə təyin olunan 4əsas zərərlik göstəricisilə əlaqədardır:
maddənin torpaqdan bitkiyə keçidini xarakterizə edən translokasiya
maddənin torpaqdan qrunt sularına və su mənbələrinə keçid qabiliyyətini xarakterizə edən suya miqrasiya
maddənin torpaqdan atmosfer havasına keçidini xarakterizə edən havaya miqrasiya
çirkləndirici maddənin torpağın özünütəmizləmə qabiliyyətinə və onun bioloji aktivliyinə təsirini xarakterizə edən ümumsanitar.
Torpaq bir çox maddələrlə çirkləndikdə çirklənmənin təhlükə dərəcəsinin qiyməti daha toksiki elementin torpaqda maksimum miqdarı ilə qəbul edilir.
Antropogen mənşəli kimyəvi maddələrin çirklənmə mənbələrinə yaxın (şəhərlərin,sənaye və kənd təsərrüfatı komplekslərinin,avtomağistralların ətrafında və s.) torpaq örtüyünə göstərdiyi təsir daim artır.Torpağı çirkləndirən atmosfer tullantılarının tərkibində makro və mikroelementlər ,qazlar və hidrozollar, mürəkkəb üzvü birləşmələr yer alır.
Torpaqların antropogen çirklənməsinin neqativ fəsadları artıq regional və hətta qlobal səviyyədə özünü büruzə verir.Hal- hazırda torpaqların kimyəvi çirklənmələri üzrə müşahidə proqramlarının işlənib hazırlanması aktual bir məsələdir.Belə proqramların yaradılması ilk növbədə torpaqların müasir vəziyyətinin adekvat qiymətləndirilməsini və bu vəziyyətin dəyişmə proqnozunu tələb edir. Belə informasiyanın əldə edilməsi -torpaqların kimyəvi çirklənməsi səviyyəsinin müşahidə sisteminin ,yəni antropogen çirkləndirici maddələrin təsirinə məruz qalmış torpaqların vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.
Torpaqların vəziyyətinin qiymətləndirilməsində aparılan müşahidələr bunlardan ibarətdir:
rejim müşahidələri -yəni müəyyən zaman müddəti ərzində torpaqlardakı kimyəvi maddələrin miqdar səviyyəsinin sistematik müşahidələri
atmosfer havası-torpaq ,torpaq-bitki,torpaq-su,torpaq-dib çöküntüləri sistemində çirkləndirici maddələrin miqrasiya proseslərini əhatə edən kompleks müşahidələr
profil üzrə torpaqlarda çirkləndirici maddələrin şaquli miqrasiyasının öyrənilməsi
bu vəya diğər təşkilatların sorğuları əsasında müəyyən edilmiş bəzi məntəqələrdə torpağın çirklənmə səviyyəsinin müşahidələri.
Atmosfer havasının vəziyyətinin monitorinqi 2 sistemə bölünür:
1)müşahidə
2)nəzarət
Birinci sistem konkret çirklənmə mənbələrinin təsiri altında yerləşməyən şəhərlərdə,yaşayış məntəqələrində və ərazilərdə atmosfer havasının keyfiyyəti üzərində müşahidəni təmin edir.İkinci sistem çirklənmə mənbələrinin nəzarətini və zərərli maddələrin atmosferə tullanılmasının tənzimlənməsini təmin edir.Atmosfer havasının vəziyyətinin müşahidələri intensiv texnogen təsir rayonlarında (fon rayonlarında) yerinə yetirilir.Atmosfer havasının keyfiyyətinin müşahidələri fon monitorinq stansiyalarında fiziki,kimyəvi və bioloji göstəricilər üzrə həyata keçirilir. Atmosfer havasının keyfiyyətinin analizinin əsas elementlərindən biri nümunələrin götürülməsidir.Əğər nümunələrin seçimi düzğün edilməyibsə onda ən dəqiq analizin nəticələri belə öz mənasını itirir. Atmosfer havasının nümunəsinin seçilməsi aspirasiya üsulu ilə uducu cihazdan müəyyən sürətlə havanın keçirilməsi və ya məhdud həcmli qabların doldurulması yolu ilə həyata keçirilir.
Atmosfer çirkləndiricilərinin normallaşdırılmasının metodoloji əsaslarını aşağıdakı amillər təşkil edir:
atmosferdə kimyəvi maddələrin buraxıla bilən qatılığı o həddə deyilir ki, bu halda kimyəvi maddə insan orqanizminə birbaşa və ya dolayısı təsir göstərmir və onun iş qabiliyyəti pozulmur.
Atmosfer havasındakı zərərli maddələrin orqanizmdə öyrənilməsinə mənfi effekt kimi baxılır.
Atmosferin şəffaflığına, bitki örtüyünə,ərazinin iqliminə və əhalinin məişət həyatına pis təsir göstərən atmosfer havasının tərkibində zərərli maddələrin qatılığı yolverilməzdir.
. Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin məqsədi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavədə göstərilən fəaliyyətin (bundan sonra – nəzərdə tutulan fəaliyyət) həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsini, habelə dövlət orqanları və qurumları, fiziki və ya hüquqi şəxslər (bundan sonra – sifarişçi) tərəfindən nəzərdə tutulan fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsinin Azərbaycan Respublika-sının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) ilə ilkin məsləhətləşmələrdən sonra aparılmasını, ətraf mühitdən səmərəli istifadənin, ətraf mühitin davamlı inkişafının və ekoloji təhlükəsizliyin, potensial zərərli ekoloji təsirlərin planlaşdırma mərhələsində qarşısının alınmasını və bu istiqamətdə digər tələblərin yerinə yetirilməsini, sifarişçi və strateji sənədləri hazırlayan dövlət orqanları, qurumları və bələdiyyələr (bundan sonra – planlaşdırıcı orqan) tərəfindən həmin Qanunun tələblərinə əməl olunmasını təmin etməkdən ibarətdir.
Dostları ilə paylaş: |