1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Azad rəqabət pozularsa monopoliya yaranir



Yüklə 106,97 Kb.
səhifə12/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
iqtisadiyyat son

Azad rəqabət pozularsa monopoliya yaranir. Monopoliya bazarın tək bir təklif edəndən asılı olduğu hala verilən addır. Bu halda, bazarda alıcı çoxluğu mövcuddur, lakin satıcı yalnızca bir nəfər olduğundan, malın qiyməti də onun tərəfindən diqtə olunur.
Monopoliyalar ya hər hansı bir məhsulun bir nəfər tərəfindən “ixtira edilməsi” nəticəsində təbii olaraq yalnız həmin şəxsin bu məhsulu satması ilə, ya da bir satıcının bazardakı bütün rəqiblərini sıxışdırıb çıxararaq tək satıcı olması ilə yaranır.
Məsələn, ilk hal üçün hər hansı bir dərman preparatını götürək. Əgər bu məhsul hər hansı bir şirkət tərəfindən ixtira edilibsə və digər şirkətlərin həmin dərmanı necə istehsal etmək haqda heç bir bilgisi yoxdursa, dərmanı ixtira edən şirkət avtomatik olaraq bazardakı yeganə satıcıya – monopolistə çevrilir. Adətən bu kimi hallarda dövlət orqanları həmin məhsulun istehsalının monopoliyasını yalnızca müəyyən müddətliyinə ixtiraçı şirkətə verir. Bu müddət keçdikdən sonra isə həmin məhsulun istehsalı azad elan edilir və hər bir istehsalçı tərəfindən istehsal oluna bilər.
İkinci hal üçün isə, azad rəqabətli bazarda uyğun qiymət və yüksək keyfiyyət nəticəsində digər rəqiblərinin müştərilərini ələ alaraq onları “yarışdan çıxaran” bir şirkəti düşünmək olar.
Monopoliya mütləq bazar gücünü əldə etdikdən sonra bazara təsir edə biləcək bütün amilləri aradan qaldırmağa çalışır. Bu səbəbdən də, monopolist bazara giriş və onu yenidən rəqabətli bazara çevirmək, dövlət tərəfindən sərt anti-inhisar qanunları qoyulmadığı təqdirdə mümkünsüzdür.
Bazar monopolistlərdən asılı olduğundan ən sadə mikroiqtisadi qanunlar da işləməməyə başlayır. Təklif edən yalnızca bir şəxs olduğundan, qiymətlər və məhsulun həcmi də ona bağlı olur.
21.Banklar niyə kredit verir? Banklar başqa hansı funksiyaları yerinə yetirir?
Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir.Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir. Kredit (lat. creditum) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.[1]
Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.[

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin