1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Kapital İstehsal Amili Kimi



Yüklə 106,97 Kb.
səhifə7/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
1   2   3   4   5   6   7   8   9   10   ...   30
iqtisadiyyat son

12.Kapital İstehsal Amili Kimi
1) A.Smitə görə kapital yığılmış əməkdir;
2) D.Rikardoya görə kapital istehsal vasitələridir;
3) K.Marksa görə kapital – öz-özünə artan dəyərdir, izafi dəyər yaradan dəyərdir, istismar münasibətləridir,
4) Digər müəlliflərə görə kapitial yığılmış puldur və s.Bütün bu müxtəlif baxışlarda belə bir ümumilik var: kapital gəlir gətirir. Buradan da ona belə bir geniş tərif verilir: Kapital – gəlir gətirən dəyərdir. Bu mənada istehsal fondlarını, torpağı, qiymətli kağızları, banka qoyulmuş depozitlər, toplanmış biliklər («insan kapitalı») və s. kapitaldır. Sadalanan nemətlərin hər biri müxtəlif formalarda gəlir gətirir. F.Kens, A.Smit, S.C.Mill, A.Marşall kimi görkəmli iqtisadçılar kapitalı tərkib ünsürləri üzrə əsas və dövriyyə kapitallarına ayırırlar. Bunlar dövr etmə xüsusiyyətlərinə görə fərqlənirlər.Əsas kapital: 
1. İstehsalda bütövlükdə iştirak edir və öz dəyərini istehsal olunmuş məhsulun üzərinə hissə-hissə keçirir (binalar, maşınlar, qurğular); 
2. Əsas kapital bir neçə istehsal prosesində iştirak edir, öz formasını saxlayır.
Dövriyyə kapitalı:
1. İstehsal prosesinə hissə-hissə daxil olur, öz dəyərini məhsulun üzərinə birdən-birə keçirir; 
2. Yalnız bir istehsal prosesində iştirak edir və ilkin formasını dəyişir (xammal, material, elektrik enerjisi və s.).Kapitalın öz bazarı vardır və bu bazarda kapital alınıb satılır. İqtisadçılar fiziki formasında kapitalı onun xidmət göstərməsindən fərqləndirirlər. Belə ki, nemət olan kapital (maşın, dəzgah, bina və s.) xidmət göstərən kapitaldan fərqləndirilir və qiymətləndirilir. Maşının öz qiymətilə ondan istifadənin qiyməti (pul ifadəsində maşın – saat) yəni icarəyə verildiyinə görə alınan icarə haqqı fərqlənir. Buna görə də kapital bazarı dedikdə onun üç seqmenti nəzərdə tutulur:
1.Kapital neməti bazarı, burada istehsal fondları alınıb-satılır;
2. Kapital xidməti bazarı – fondlar haqqı ödənilməklə, müvəqqəti istifadə üçün icarəyə verilə bilər;
3. Borc kapitalı bazarıdır ki, faiz gətirir.İstehsal amili olan kapital bilavasitə istehsalda iştirak edir və onun köməyilə nemətlər hazırlanır. Bu nemət nə qədər çox hazırlanarsa, kapitalın məhsuldarlığı da bir o qədər yüksək olar. Kapitalın məhsuldarlığı onun gəlirliyində, yaxud kapitalın gəlirliyi normasında ifadə olunur. Kapitalın gəlir gətirməsi ağacın meyvə verməsi kimi təbii haldır. Bazarda kapitala olan tələb firma sahibləri tərəfindən irəli sürülür, məhsuldar kapitalı təklif edən isə ev təsərrüfatlarıdır.
Kapitalın xidmətini tələb və təklif edən isə firmalardır. Biri icarəyə verir, başqası isə icarəyə götürür. Məsələn, firma ona məxsus kompüteri icarəyə verib icarə haqqı alır. İstehsalın normal fəaliyyətini, fasiləsizliyini təmin etmək üçün pul formasında olan kapitaldan da istifadə olunur. Bu borc kapitalıdır. Borc kapitalına olan tələb də istehsal fondları almaq üçün lazımdır, pul əldə etmək üçün yox. Kapitala görə sahibkar mənfəət əldə etməlidir. Lakin kapital həddən çox prosesə cəlb edildikdə mənfəət azalır. Bu kapitalın gəlirliyinin azalmasıdır və qanundur. Belə bir qanunun olduğunu Smit, Rikardo, Marks və Marşall görmüş və öyrənmişlər. Rəqabət nəticəsində kapitalın sahələr arasında axını və əks axını baş verir və müxtəlif sahələrdə yaranmış mənfəət bölüşdürülür və orta mənfəət yaranır. Borc verilən (təklif) kapitalın mənbəyi isə müvəqqəti sərbəstləşən pul vəsaitidir ki, banklarda toplanır və ehtiyacı olanlara təklif edilir və müqabilində faiz ödənilir. Pul təklifi çox olarsa, faiz norması aşağı olur, tələb çox, təklif az olduqda isə faiz norması yüksək olur. Faiz norması borc kapitalının gətirdiyi gəlirin borc verilmiş kapitala faizlə nisbətidir. Faiz borc kapitalının istifadəsinə görə ödənilən «haqqdır». Tələb və təklifdən asılı olaraq faiz dərəcələri (stavkası) nominal və real olaraq fərqlənirlər.
Nominal faiz dərəcəsi – inflyasiya səviyyəsini nəzərə almadan müəyyən edilmiş cari bazar dərəcəsidir. 
Real faiz dərəcəsi – nəzərdə tutulan (göstərilən) inflyasiya sürəti çıxılmış nominal faiz dərəcəsidir. Məsələn, illik nominal faiz dərəcəsi 9 %-dir, gözlənilən inflyasiya sürəti 5 %-dir, onda (9-5)=4 %-ə. Deməli, real faiz dərəcəsi 4 %-dir. Faiz dərəcələri müxtəlif amillərdən asılı olaraq dəyişir:
1. borcun verildiyi müddətdən;
2. borc vəsaiti bazarının inhisarlaşması səviyyəsindən;
3. tələbdən və təklifdən.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin