1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


İstehsal-bölgü-mübadilə-istehlak prosesi



Yüklə 106,97 Kb.
səhifə16/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
iqtisadiyyat son

27. İstehsal-bölgü-mübadilə-istehlak prosesi
İstehsal bütövlükdə iqtisadiyyat üçün həlledici mərhələdir. Əvvəlcə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin. İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar.
Bölgü - yaradılmış sərvətin cəmiyyət üzvləri arasında bölünməsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alacağı payın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növbədə yaradılmış məhsulun bölünməli olan hissəsinin həcmindən asılıdır.
Mübadilə - bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, buğdanı verib əvəzində parça alır.


İstehlak - bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması
prosesidir. İstehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. İstehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilməlidir
28. İqtisadiyyatın müxtəlif mənalarda işlədilməsi.
iqtisadiyyat – cəmiyyətin, iqtisadi sistemini, ictimai quruluşunu, ictimai təşkilini və onu idarə edən iqtisadi qanunları öyrənir. İqtisadiyyat sözünün aşağıdakı mənaları var:

İqtisadiyyat — insanların tələbatlarını ödəmək üçün məhdud imkanların istifadə edilməsini və təsərrüfat fəaliyyətində müxtəlif tərəflərdə yaranan münasibətləri öyrənən elm.


İqtisadiyyat (təsərrüfat) — tələbatlarını ödəmək üçün insanların istifadə etdiyi istehsal vasitələri nin məcmusu.
İqtisadiyyat (təsərrüfat fəaliyyəti) — təsərrüfat fəaliyyətinin hər hansı sahəsinin təşkili,strukturu və vəziyyəti.
Dünya iqtisadiyyatı — dünya iqtisadiyyatının təşkili, strukturu və vəziyyəti.
İqtisadiyyat (istehsal üsulları) — cəmiyyətdə istehsal vasitələrinin müəyyən mərhələdə istehsal münasibətlərinin məcmusu,cəmiyyətdə hakim istehsal üsulları.
İqtisadiyyat (qəzet) — Azərbaycanda həftəlik qəzet. Tarixən e.ə. IV minillikdə Şərqdə, Qədim Yunanıstanda, Qədim Romada, həmçinin Çində, Hindistanda və s. ilk iqtisadi fikirləri əks etdirən cərəyanların əsərləri bu qəbildəndir. Bu dövrdə Ksenofonun, Platonun və Aristotelin fikirləri çox maraqlıdır. “İqtisadiyyat – oykonomiya” adını ilk dəfə qədim yunan filosofu Ksenofont (e.ə. 450-355) tərəfindən onun “Ev təsərrüfatı”, yaxud “Ev iqtisadiyyatı” adlı əsərində işlədilmiş- 11 dir. Daha sonra yunan filosofu Aristotel (e.ə. 384-322) bu anlayışı bir qədər geniş izah etməyə çalışmışdır. Ksenofontun ifadə etdiyi “oykonomiya” “oykos” – ev təsərrüfatı və “nomos” - qayda-qanun yaxud təlim mənasında verilmişdir, yəni ev təsərrüfatının idarə edilməsi qaydaları anlamını verir. D.Rikardonun “siyasi iqtisadın və vergi qoyulmasının əsasları” (1817) əsərində A.Smitin insanların şəxsi maraq, fayda əldə etmək, bazarda sərbəst rəqabət haqqında fikirləri daha da genişləndirilib inkişaf etdirilmişdir. Amma onun iqtisadi sistemi A.Smittin iqtisadi sistemindən fərqli olaraq daha tam, bütöv, məntiqi ardıcıl olmuşdur. D.Rikardo iqtisadi nəzəriyyənin pul, onun tədavülü, kredit münasibətləri, vergi məsələlərinə dair elmi-nəzəri fikirlər irəli sürmüşdür. A.Smitin “mütləq üstünlüklər” nəzəriyyəsinin davamı kimi özünün “müqayisəli üstünlüklər” konsepsiyasını işləyib hazırlamışdır.

29.Rəqabətdə necə qalib gəlmək olar?


Rəqabətdə qalib gəlməyimiz üçün ilk öncə satacağımız məhsulun reklamını etməliyik bundan əlavə rəqabətdə qalib olmaq üçün rəqiblərdən fərqli olmaq lazımdır alıcıları öz məhsullarına cəlb etmək lazmdır.rəqabət ucun reklamlar kampanyalar qiyməti asagi salmag məhsulun keyfiyyətini artirmag rəqabətə girməyədə bilərsən
Böyük alıcı kütləsinə sahib olmqla və düzgün strategiya ilə
30.İşsizliyi necə aradan qaldırmaq olar?
İnsanlığın ən böyük problemlərindən biri də, işsizlikdir.İqtisadi münasibətlərin təməlində duran məşğulluq və işsizlik problemləri hər bir dövlətin, cəmiyyətin üzləşdiyi əsəs çətinliklərdən biridir. İşsizlik özü bir problem olduğu kimi, insanlar arasında yaranan digər münasibətlərə də mənfi təsir göstərərək digər problemlərin yaranmasına da zəmin yaradır. Nümunə kimi qeyd edək ki, cinayət və cinayətkarlığın da yaranması əsasında maddi durumun aşağı olması, yoxsulluq durur.
Yuxarıda göstərilən səbəblərdən işsizliyin aradan qaldırılması hər bir ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılır və müxtəlif qarşısının alınması üçün bir sıra tədbirlər görülür. Bu tədbirlərdən biri də, “işsizlik müavinəti”nin verilməsidir. Aradan qaldirmaq ucun yeni is yerlərinin acilmasi əhalinin məşğulluq səviyyəsinin artırılması və ailə təsərrüfatının inkişafına təkan vermək məqsədilə dövlət tərəfindən çox önəmli bir addım atılmışdır. Müasir iqtisadiyyatda, yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət qədər aşağıdır. Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir. Bu şəraitdə inflyasiyanın ölçüləri məhduddur. Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır.
Bu istiqamətdə olan əksər dövlət siyasəti friksion işsizliyi azaldaraq təbii işsizliyin də səviyyəsini aşağı salmağa yönəlir. Dövlətə aid məğğulluq idarələri işsizlərin işləri tez tapması üçün boş iş yerləri ilə bağlı məlumatlar yayır. Digər yandan dövlət struktur işsizliyin fəsadlarını aradan qaldırmaq üçün təlim proqramları da tətbiq edir ki, bu da inkişaf edən sənaye iqtisadiyyatında işçilərin yeni tələblərə uyğunlaşdırır. əgər bu proqramlar işə daxil olma dərəcəsini yüksəldərsə təbii işsizlik dərəcəsi də azalar
31.Azərbaycanda vergi sistemi.
Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur) dedikdə aşağıdakı vergi növləri nəzərdə tutulur:
1. fiziki şəxslərin gəlir vergisi;
2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində
olan müəssisə və təşkilatlardan başqa);
3. əlavə dəyər vergisi;
4. aksizlər;
5. hüquqi şəxslərin əmlak vergisi;
6. hüquqi şəxslərin torpaq vergisi;
7. yol vergisi;
8. mədən vergisi;
9. sadələşdirilmiş vergi.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin