1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


İqtisadiyyatda insanın rolunu izah edin. İqtisadi insan kimə deyilir?



Yüklə 106,97 Kb.
səhifə2/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
1   2   3   4   5   6   7   8   9   ...   30
iqtisadiyyat son

3.İqtisadiyyatda insanın rolunu izah edin. İqtisadi insan kimə deyilir?
iqtisadiyyatı, ayrılıqda iqtisadi nəzəriyyəni öyrənərkən bir fərd kimi, istehsalın başlıca amili kimi insanın rolu xüsusilə öyrənməli, dəyərləndirilməlidir. Belə ki, insan həm istehsalçı, həm də istehlakçı kimi tədqiq olunmalıdır, öyrənilməlidir. İstehsalın şəxsi amili kimi, insan istehsal prosesində istehsalın digər amilləri ilə birləşərək onları hərəkətə gətirir, məqsədyönlü fəaliyyətə (əmək) başlayır. Bu zaman istehsalın, onun digər amillərinin, eyni zamanda insan amilinin özünün daim təkmilləşdirilməsi zərurəti yaranır. İnsan tarixən həmişə əmək alətlərini təkmilləşdirərkən insan heç də həmişə elmi cəmiyyəti inkişaf etdirmək məqsədini qarşıya qoymamışdır. Birinci növbədə öz əməyini necə yüngülləşdirməyi düşünmüşdür. Bu zaman insanın bir fərd, subyekt kimi fərqli fiziki, psixoloji, intellektual qabiliyyətləri (keyfiyyətləri) üzə çıxır. Cəmiyyətdə maddi və mənəvi məhsulların, xidmətlərin yaradılmasında satışında insanların rolu da məhz bu xüsusiyyətləri ilə fərqlənir. “İqtisadi insan” anlayışları A.Smitə məxsusdur. “İqtisadi insan” anlayışında da o, insanın təbiəti, insanla cəmiyyətin qarşılıqlı münasibəti haqqında müddəalar ifadə etmişdir. A.Smit insanın iqtisadi fəaliyyətinin başlıca motivini şəxsi mənafe ilə bağlayır, onun əmək bölgüsündə yerini və iştirakını, yəni istehsal və istehlak etmək, məhsul satmaq və onu satın almaq, işçi tutmaq və işlə təmin olunmaq, cəmiyyətin resurslarından səmərəli istifadə etmək və başqa halları əsas tutmalıdır.
4.İstehsal-bölgü-mübadilə və istehlakın qarşılıqlı əlaqəsi
İstehsal bütövlükdə iqtisadiyyat üçün həlledici mərhələdir. Əvvəlcə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin. İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar. Çox istehsal edən ölkə varlı və güclü olur. Bunu müəyyən etmək üçün ÜDM ölkə əhalisinin sayma bölürlər. Məsələn, Azərbaycanda adam başına ümumi daxili məhsul 1995-ci ildə 282,1 manat (319,3 dollar), 2000-ci ildə 595,1 manat (665,1 dollar), 2006-cı ildə isə 2156,4 manat (2413,7 dollar) olmuşdur.
Bölgü - yaradılmış sərvəbtin cəmiyyət üzvləri arasında bölünməsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alacağı payın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növbədə yaradılmış məhsulun bölünməli olan hissəsinin həcmindən asılıdır. Bəzən belə də olur ki, əldə olan məhsul norma üzrə bölünür (müharibə vaxtı, təbii fəlakətlər olduqda və s.), məqsəd çətin şəraitdə əhalini ərzaqla təmin etməkdir.
Mübadilə - bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, buğdanı verib əvəzində parça alır.
İstehlak - bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması prosesidir. İstehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. İstehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilməlidir
Buradan belə nəticəyə gəlmək olar ki istehsal-bölgü-mübadilə-istehlak xətti üzrə insanlar arasında təsərrüfat əlaqələri yaranır və bu əlaqələrdə əsasən bazar vasitəsilə baş verir
Bu cür əlaqələr həm ayrıca götürülmüş firmalar səviyyəsində, həm də bütün cəmiyyət miqyasında yaranır. Ancaq cəmiyyət miqyasında istehsal-bölgü-mübadilə-istehlak prosesləri çox mürəkkəb olsa da qarşılıqlı əlaqədə, asılılıqda baş verir və vahid tam bir proses kimi mövcud olur. Bu tamlıqda o ictimai istehsal kimi mövcud olub fəaliyyət göstərir. İstehsal-bölgü-mübadilə-istehlak vahid tamın nisbi müstəqil hissələridir. Lakin onlar arasında əlaqə, asılılıq o qədər güclüdür ki, onları ayırmaq çətin olur.



Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin