33. Vergilərlə iqtisadiyyata necə təsir etmək olar?
Vergilər dövlətin daxili və xarici vəzifələrini həyata keçirərkən müəssisələrdən, şirkətlərdən, təsərrüfatlardan, təşki-latlardan və vətəndaşlardan məcburi qaydada alınan (tutulan) vəsaitdir.
Beləliklə, vergi – hüquqi və fiziki şəxslərin məcburi təsiyyəsidir. Vergi - dövlət büdcəsini formalaşdırmaq üçün dövlətin başlıca gəlir mənbəyidir. Vergi tutma əsassən dövlətin vergi siyasətinin həyata keçirilməsinə xidmət edir.
Vergi- qazanandan, xərcləyəndən, sərvətsahibi olandan dövlət tərəfindən məcburi alınan gəlirdir. Qanun vericilikdə nə nəzərdə tutulubsa yəni pul qazanandan pul xərcləyəndən haqqı ondan məcburən alınır buna deyirlər vergi. Məs biznesmen və ya sahibkarsız sizə tətbiq olunan verginin miqdarı aşağı olsa necə olar yuxarı olsa necə olar?
Təbii ki də aşağı olsa yaxşı olar sərf edər. İqtisadiyyatı stimullaşdırmaq canlandırmaq üçün dövlət vergilərlin dərəcələrini aşağı salır və yaxud vergiləri müyyən müddətə qədər dondurur bu iqtisadiyyatın canlanması olur. Mənfi və müsbət təsir etmık olar məs: vergi dərəcələrini qaldırar əlavə dəyər vergisi 18 % idisə qaldırar 33% ə bu da mənfi təsir sayılır.
34. Tələbatın artmasını şərtləndirən amillər hansılardır?
Tələbat düşüncənin nəticəsidir və insanlar da fərqli düşündüyü üçün onlar həyatda fərqli istəklərə və nəticələrə malik olurlar. Bu baxımdan insan düşüncəsinə əsaslanaraq meydana gələn tələbat, şəxsi fərqli istək və arzulara sövq edir. Məsəl üçün, böyük yaradıcı potensiala, yaxud xüsusi bacarığa və istedada malik insanın bu potensialı korporativ, yoxsa ictimai məqsədlərə yönəltməsi, həmin şəxsin düşüncə tərzinin hansı istiqamətə meyl etməsindən və bu meylliliyin motivini təşkil edən şəxsin daşıdığı mədəniyyətdən asılıdr.
Düşüncədən qaynaqlanan tələbat özlüyündə üç hissəyə bölünür. Bunlar maddi, mənəvi, o cümlədən maddi və mənəvi ehtiyacın sintezindən formalaşan birgə tələbatdır. Biz hər bir fərdin, sosial qrupun, alt cəmiyyətin və bütövlükdə cəmiyyətin həyatında tələbatın formalaşması prosesini yaxından izləsək asanlıqla görəcəyik ki, onlar maddi, mənəvi, yaxud da hər iki tələbatın sintezindən formalaşan birgə ehtiyacın ödənilməsi zərurətindən meydana gəlir. Təlabatin artmasıda vardirki onda ən öndə gələn şərtlərindən biri insanların artmasidır.insanlar artdiqca təlabatlarida coxalir .bu gun bir məhsula ehtiyyac var idisə sabah insan resursu artsa 2 və ya daha artiq məhsula təlabat yaranir.təlabatin artmasina fovqaladə hallarda səbəb ola bilərki dunən bizim maskalara ehtiyyacimiz o qədərdə yox idisədə viris oldugu ucun artiq zəruri təlabat oldu
35.Resurslarlardan necə səmərəli istifadə etmək olar?
Resurs-ehtiyatdir. İstehsal heyata kecirilir. Çörəyi bişirmək üçünun resurs sayilir. Her hansisa bir şeyinreallaşıb heyata keçməsi üçünlazım olan ehtiyata deyilir. Müxtelif olur: Maddi resurslar,insan resurslari,maliyye resurslari,tebii resurslar,torpag resurslari, Neft-tebii resursdur.burda hansisa bir insan isleyirse eger artig bu insan(emek) resursu sayilir.burda her hansisa bir kapital, pul lazimdisa artig bu maliyye resursu sayilir. Neftden benzin hazirlanirsa bu artig -iqtisadi resurs adlanir.
Məs: neft resursu və yaxud torpaq resursu deyəlim ki aqrar sahədə torpaqdan istifadə edirsənsə torpağı şoranlaşmağa qoymayasan daim münbit halda saxlayasan, daim istifadə edəsən. Torpaq resurslarımdan səmərəli istifadə budur. İnsan resurslarından necə istifadə edəsən: insanı gərək daim elmli təhsilli səviyyədə saxlayasan məs: 1 işçini 5 il işlədmisən, işçi işlədikcə yeni texnika, texnalogiya gəlir.İşçini yeni texnalogiyaya öyrəşdirmək üçün ona nələrsə öyrətmək lazımdır, müəyyən kurslara göndərəsən bu zaman resursdan səmərəli istifadə edilmiş sayılacaq,
Pul resurslarına qənaət etmək və yaxud digər resurslları ekalogiyanı korluyacaq şəkildə işlədmiyəsən. Səmərəli istifadə etmək yəni vaxta qənaət etmək eyni zamanda vaxta bir resursdur. Yəni pul, torpaq, su, insan, və.s hər biri resursdur.
36.İstehsal amillərinin mahiyyəti, onların ardıcıllıq zəruriliyi nədən ibarətdir?
İstehsal amillərinin öyrənilməsinə və onların ayrıca qruplarda təsnifatına müxtəlifyanaşmamöqeləri vardır.
Marksizm nəzəriyyəsi iş qüvvəsi, əmək cisimləri və əmək vasitələri kimi istehsal amillərini iki böyük qrupa ayırır:
1. İstehsalın şəxsi amili;
2. İstehsalın maddi amili.
İstehsalın şəxsi amilinə həmişə iş qüvvəsi, yə'ni insanm əməyə fiziki və əqli qabiliyyətlərinin məcmusu kimi baxılır. Bütün istehsal vasitələrinin məcmusu isə maddi amil kimi qəbul edilir.
Şəxsi və maddi amillər mürəkkəb qarşılıqlı fəaliyyət sistemi yaradır. Bunun da səmərəliliyi istehsalın texnologiyası və təşkili müəyyən olunur. Bununla texnologiya istehsalın başlıca amilləri arasında qarşılıqlı fəaliyyət ifadə edir. O müxtəlif emal üsullarından istifadə edilməsini, əməkcisimlərinin vəziyyətinin, forumu və xüsusiyyətlərinin dəyişməsini nəzərdə tutur.
İstehsalın təşkili isə bütünistehsal amillərinin uyğunlaşdırılmış fəaliyyətini, onların proporsional kəmiyyət nisbətini, qarşılıqlı əvəzlənməsini və s. təmin edir.
Marjinalist nəzəriyyə istehsal amillərini dörd qrupa ayırır: torpaq, əmək, kapital, sahibkarlıq fəaliyyəti.
Torpağa təbii amil kimi baxılır. O, insan fəaliyyətinin nəticəsi deyildir. Bu istehsal amilinə, istehsal prosesinə cəlb edilmiş təbii
sərvətlər, mə'dən yataqları da aiddir. Bu kateqoriyaya əkin yerləri, meşələr, sular və s. daxil edilir.
Torpaq istehsal amili kimi üçlü mə'na kəsb edir: geniş mə'nada o, istehsal prosesində istifadə olunan bütün təbii resursları təmsil edir. Belə ki, bir sıra sahələrdə, məsələn, aqrar, mə'dənsənayesində, balıq istehsalında «torpaq» təsərrüfatçılıq obyektidir. O, eyni zamanda həm «əmək cismi», həm də «əmək vasitəsi kimi özünü göstərir.İqtisadiyyatın bütün sahələrində «torpaq» mülkiyyət obyekti kimi çıxış edir; bütün həyat, o cümlədən maddi ne'mətlər istehsalı onun üzərində qurulur.
Kapital istehsal amili kimi əmtəə və xidmətlər istehsalında istifadə edilən ne'mətlər məcmusu şəklində olur. Bu - alət, maşın, dəzgah, avadanlıq, anbar binaları, nəqliyyat kommunikasiyaları, rabitə vasitələri və sairdir. Elmi-texniki tərəqqi nəticəsində onların texniki vəziyyəti daim təkmilləşdirilir. Bu isə istehsal prosesinin ümumi nəticəsinə və onun əlverişli faydalılığına, istehsal prosesində əmək vasitələri şəklində olan kapital vasitəsilə əmək cisimlərinə həlledici tə'sir göstərir. Onlar istehlak dəyərlərinə çevrilir.
Buradada ardicillig ondan ibarətdirki torpagin olur əmək sərf edirəsən buradan kapital yəni pul əldə edirsən yeni texnikalar ala bilirsən və bu yolla işlərini boyudub boyuk bir sahibkar ola bilirsən
37.Büdcə kəsiri necə yaranır və aradan qaldırılması yolları hansılardır?
Büdcə kəsiri – dövlət büdcəsinin gəlir və xərclərinin mənfi saldosudur. Büdcə kəsirinin səbəbləri aşağıdakılar ola bilər: – dövlət xərclərinin artması – həm planlaşdırılmış, məsələn, iqtisadiyyatın modernizasiyası, milli proqramların həyata keçirilməsi və s., həm də fövqəl: təbii fəlakətlər, müharibələr və s.; – iqtisadi böhran, tənəzzül, ixrac olunan malların, məsələn, xammal, eləcə də elektronika və s. qiymətlərinin düşməsi səbəbindən dövlət gəlirlərinin azalması; – dövlət siyasətinin və maliyyə sisteminin effektiv olmaması. Aşağı vergi, kölgə bazarın yüksəlişi. Hazırkı hökumətin populizmi; – yüksək büdcə xərcləri, dövlət sektorunda rüşvətxorluq; – vergi siyasətinin effektiv olmaması, nəticədə iqtisadiyyatda kölgə sektorunun artması; – büdcə kəsiri ilə vəsait çatışmazlığı anlayışları eyni deyil. Bir qayda olaraq, real büdcə kəsiri planlaşdırma xarakteri daşıyır: onun maksimal parametrləri qəbul edilir və təsdiq olunur; Büdcə kəsirini azaltmağın bir neçə üsulu var. Birincisi, pulların emissiyası yolu ilə. Bu, inflyasiyaya, yəni dövriyyədəki pulun dəyərsizləşməsinə və milli valyutaya inamın azalmasına gətirib çıxarır. İkincisi, əlavə vergilərin tətbiqi, o cümlədən əhalinin müəyyən təbəqələri (“varlılar üçün vergi”), şirkətlərin müəyyən fəaliyyətləri üçün (siqaret istehsalı) və s. Üçüncüsü, büdcə sekvestrasiyası – xərclərin azaldılması. Lakin burada da ehtiyatlı olmaq lazımdır: məsələn, sosial sektorda bu metod cəmiyyətdə gərginliyin artmasına səbəb ola bilər. Dövlət büdcəsində kəsir yarandıqda defisitin aradan qaldırılması üçün dövlət bu və ya digər mənbələrdən borc kapitalı cəlb edir. Bu istiqrazların buraxılması, xarici ölkələrdən və maliyyə qurumlarından borc kapitalı cəlb etmək və s. üsulla həyata keçirilə bilər.
Büdcədə defisitin olması ilk növbədə milli əmanətlərin həcminin azalmasına səbəb olur. Dünya ölkələrinin inkişaf təcrübəsi göstərir ki, əmanətlərin həcminin azalması iqtisadi inkişafa mənfi təsir edir. Dövlət büdcə kəsirini aradan qaldırmaq üçün borc kapitalı cəlb etdikdə investisiyaları maliyyələşdirmək üçün olan fondların azalmasına səbəb olur. Büdcə kəsiri borc verilə bilən vəsaitlərin həcmini azaltdığı üçün borc faiz dərəcəsinin artmasına səbəb olur. Dövlət büdcə kəsiri milli əmanətlərin və investisiyaların azalmasına və borc kapitalı qiymətinin qalxmasəna səbəb olur ki, bu da iqtisadi inkişafa mənfi təsir edir.
38.Azərbaycanda özəlləşdirmə niyə həyata keçirildi?
Müəssisələr özünün mülkiyyət formasını özəlləşdirmə və ya milliləşdirmə yolu ilə dəyişdirə
bilər. Müəssisələrin xüsusi mülkiyyət formasından dövlət mülkiyyət formasına keçidimilliləşdirmə adlanır. Dövlət mülkiyyət formasında xüsusi və ya kollektiv mülkiyyət formalarına keçid özəlləşdirmə adlanır. Özəlləşdirmə müxtəlif üsullarla aparılar bilər: dövlət mülkiyyətinin əvəzsiz və ya pulla (adətən hərraclar yolu ilə) müəssisələrin səhmdarlaşdırılması, çek özəlləşdirilməsi və s. yolla xüsusi mülkiyyətə verilməsi. Özəlləşdirmə inzibati – amirlik sistemindən bazar tipli iqtisadiyyata keçidi prosesində mühüm mərhələdir. Azərbaycanda özəlləşdirmə prosessi 1995-ci ildə qəbul edilmiş Dövlət özəlləşdirmə Proqramı əsasında keçmişdir. Azərbaycan Respublikasında özəlləşdirmənin səciyyəvi xüsusiyyəti bu olmuşdur ki, o əhaliyyə özəlləşdirmə çeklərinin verilməsi, həmçinin hərraclarda (istər çek, istərsə də həmçinin pul) müəssisələrin satışı yolu ilə baş vermişdir. 2000 –ci ildə ikinci özəlləşdirmə proqramı fəaliyyətə başladı. Dövələt özəlləşdirmə Proqramına uyğun olaraq orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinin səhmləri aşağıdakı satış tipləri üzrə belə bölünmüşdür: -kollektivə güzəştli satış-15%;-çek hərracları (investisiya müsabiqələri və sövdələri -55% dən olmamaqla). Kiçik müəssisələrin özəlləşdirilməsi zamanı obyektin dəyərinin -15%-i əmək kollektivinin üzvlərinə özəlləşdirmə çeklərilə satılmışdır, 85% -i açıq pul hərraclarına çıxarılmışdır. Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri onun aparılması modelləri ilə bağlıdır. Azərbaycanda özəlləşdirmənin xüsusiyyətlərinə onun kənd təsərrüfatından başlanmasını aid etmək olar. Azərbaycanda özəlləşdirmənin xarakterik cəhətlərinə özəlləşdirmənin dünya ölkələrinin üzünə açıq olmasıdır. Azərbaycanda özəlləşdirmə modelinin fərqləndirici cəhətlərindən biri də dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin nominal qiymətə malik olmasıdır.
Azərbaycan özəlləşdirməyə gec başlayan respublikalardan biridir. Gecikdirilmiş özəlləşdirmə neqativ hallardan biri olsa da , müsbət cəhəti ondan ibarətdir ki, bu yolu keçmiş ölkələrdən coxlu təcrübə toplayıb.
Azərbaycanda özəlləşdirmənin başlıca məqsədləri aşağıdakılardır:
təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsiləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması;
xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması;
iqtisadi prosesə bütöv növ istifadə olunmamış ehtiyatların cəlb edilməsi;
milli iqtisadiyyata investisiyaların , o cümlədən xarici investisiyaların cəlb edilməsi;
əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşəlaşdırılması.
1992-ci ildə Dövlət Əmlak komitəsi yaradılmışdır. Özəlləşdirmənin strategiya və taktikasının müəyyən edilməsi həmim dövlət strukturuna tapşırılmışdır. 1993 –cü ilin yanvar ayında “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanun qəbul edilməsi ilə respublikada özəlləşdirmə prosesinə başlanmışdır. 1995-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının qanununa uyğun olaraq “Azərbaycan Respublikasında 1995-1998 – ci il illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunmuşdur. Bu proqram qanunlara müvafiq olaraq hazırlnmışdır və özəlləşdirmənin məqsədi və vəzifələri, istiqamətləri, mərhələləri öz əksini tapmışdır.
Azərbaycanda özəlləşdirmə prosesi 4 mərhələdən ibarətdir:
I mərhələ 1996-1998-ci illər əhatə edən birinci mərhələ ən çətin və məsuliyyətli dövrdür. Çünki özəlləşdirməyə inam xalq arasında cox az idi , hüquqi normativ baza ancaq yaradıldı.Bu mərhələ əsasən kiçik müəssisələrin özəlləşdiriləsini əhatə etməklə xırda mülkiyyətçilərin yarnması ilə məhdudlaşdı.
II mərhələ 1998-2000- ci illər – özəlləşdirmənin həlledici dövrü sayılır, cünki bütövlükdə özəlləşdirmənin gələcək taleyi bu mərhələnin necə aparılmasından asılıdır. Məhz bu dövrdə strateji özəlləşdirmə başladı , orta və iri mülkiyyətçilər təbəqəsi meydana gəldi. Bazar iqtisadiyyatının əsas atributları – qiymətli kağızlar bazarı , Milli Depozit Sistemi, Dövlət registri , fond birjaları , yeni iqtisadi mühit formalaşdı.
III mərhələ 2000-2001 -ci illər əvvəlki və sonrakı illərlə əlaqələndirici rol oynaya bilər. Əvvəlki mərhələdə mülkiyyətçi olmuş şəxslər yeni iqtisadi münasibətlər əsasında qurulacaq gələcək fəaliyyətləri üçün zəmin yaradırlar.
IV mərhələ 2001-2005- ci illər mülkiyyətçilər, səhmdarlar təbəqəsinain, qiymətli kağızlar bazarının təşəkkül tapması , respublika müəssisələrinin səhm-lərinə xarici ölkələrdə fəaliyyət göstərən məşhur birjalarda alıcıların maraq göstər-məsi ilə xarakterizə olunurdu.
Azərbaycanda özəlləşdirmə iki model əsasında aparılmışdır:çeklərin əhaliyə pulsuz verilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsinin pullu hərraclarda satılması yolu ilə həyata keçirilmişdir. Azərbaycanda özəlləşdirmənin xüsusiyyət-lərindən biri onun kənd təsərrüfat¬ından başlanmasıdır.
1996-cı ildə “ Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qəbul edilmiş qanunda torpaqların özəlləşdirilməsi və onların xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycanda özəlləşdirmə iki istiqamətdə həyata keçirilir:
1) kiçik;
2)orta və iri dövlət müəssisələrinin özəlləşdirilməsi.
Özlləşdirilən müəssisələr işçilərin sayına görə 3 qrupa bölünür : müəssisələrin təsnifatı zamanı kiçik müəssiələrə 10-50 , orta müəssisələrə 50-300, iri müəssisələrə isə 300-dən çox işçisi olan müəssiələr daxil edilir.
39. İqtisadi proses və hadisələrin mahiyyətini necə müəyyən etmək olar?
Tarixin bütün inkişaf mərhələlərində ictimai quruluşdan asılı olmayaraq son məqsəd bütövlükdə cəmiyyətin, onun ayrıayrı üzvlərinin tələbatlarının daha yaxşı ödənilməsindən ibarət olmuşdur. Bu işdə əsas yeri istehsal prosesi, onun səmərəli təşkili tutmuşdur. İstehsal prosesi dedikdə cəmiyyətin sərəncamındakı resurslardan səmərəli istifadə etməklə əmtəə və xidmətlərin yaradılması nəzərdə tutulur. Lakin insan tələbatları nə qədər son-suzdursa, mövcud resurslar o qədər məhduddur, yaxud nisbətən azdır. Bu ziddiyyət resurslardan istifadədə seçmə yolunu zəruri etmişdir. İqtisadiyyat elminin predmetindən danışarkən bəzən onu tələbatları maksimum ödəmək üçün məhdud miqdarda resurslardan seçməni təhlil edən elm kimi müəyyən edirlər. İstehsal hər şeydən əvvəl insanla təbiət arasında baş verən bir prosesdir. Belə ki, insan cəmiyyəti yarandığı zamandan insanlar həmişə təbiət cisimlərinə təsir göstərərək onların formalarını dəyişdirmiş öz tələbatlarını ödəmək üçün yararlı hala salmışlar. Bu cür yanaşma yəni istehsalın fərdi və ictimai formalarda öyrənilməsini zəruri etmişdir. Hər hansı iqtisadi təsərrüfat vahidi, yəni firma, müəssisə səviyyəsində baş verən istehsal münasibətləri fərdi istehsalı, iqtisadi vahidlər arasındakı münasibətlər sistemi isə ictimai istehsalı nəzərdə tutur. Beləliklə, istehsal obyektiv zərurətdir, insan və təbiətin, insanların özlərinin qarşılıqlı fəaliyyəti gedişində yaranır, o cəmiyyətdə inkişaf üçün zəruri maddi nemətlərin və xidmətlərin yaradılması məqsədilə insanların təbiət maddələrinə təsiri prosesidir. Qısa formada istehsal müəyyən dövrdə nemət və xidmətlərin bilavasitə yaradılması prosesidir.Geniş anlamda isə istehsal yaradılan məhsul və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakının fasiləsiz bərpası (təkrarı) prosesidir.
Hadisə geniş anlamdadır proses isə hər hansı bir hadisənin başlanğıcı dəvamı və sonuna deyilir. Hadisə anlayışı geniş anlayışdır.İqtisadi proses o hadisəyə deyilir ki o hadisə başladı dəvam etdi və nəticələndi.
Müəyyən gəlir əldə etmək üçün həyata keçirilən bütün hadisələrin fəaliyyətinə prosessayılır. Proses sonda gəlir gətirməlidir gəlirlə nəticələnməlidir.
40.Bazarda qiymətlərin yüksəlməsinin səbəbləri nələr ola bilər?
Qiymətlərin hər cür artması inflyasiya demək deyildir. Qiymətlər məhsulun keyfiyyətinin yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı qiymətlərin qalxımından ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb olur İnflyasiyanın səbəbiləri çox məhəllidir. İnflyasiyanın əmələ gəlmə səbəbləri həm daxili, həm də xarici ola bilər. Xarici səbəblərə əsasən xarici ticarətdən mədaxilin azalması, xarici ticarət və ödəniş balansının mənfi saldosu aid edilir. Daxili səbəblərə ölkə, hökumət daxilində inflyasiyaya səbəb olan prosesləri aid etmək olar. Doğurdan da inflyasiyanı yaradan səbəbləri müəyyən etmək ən vacib məsələdir. İnflyasiyanı yaradan səbələrə aiddir konkretləşdirək.: İqtisadiyyatın hərbiləşdirilməsi. Azad rəqabətin inhisarla əvəz olunması. Gəlirlərin yenidən bölgüsü. Pul krediti və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da inflyasiyaya səbəb olur. Büdcə kəsrinin mövcudluğu. Pul tədavülü qanununa əməl olunmaması. Sərmayə qoyuluşunun həcmi. Əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması. Xarici iqtisadi amillər. Xərclərin inflyasiyası istehsalat xərclərinin artması nəticəsində qiymətlərin artması deməkdir. Xərclərin qalxmasının müxtəlif səbəbləri var. Ölkə daxili qiymətlərin (bütün növ qiymətlərin) dünya qiymətləri səvviyəsinə çatdırılması, əmək haqlarının qaldırılması, monopolist firmalar tərəfindən qiymətlərin aşağı salınması və s-dir. Tələb inflyasiyası Keynsçi analizin məhsuludur. Belə ki, tam məşğulluq şəraitində olan iqtisadiyyatda məcmu tələbdəki artım bir çox əmtəə bazarında əmtəələrə olan tələbin artmasına səbəb olacaq və qiymətlər qalxacaq.Yəni, tələb infilyasiyası o zaman meydana gəlir ki, pul gəlirləri məhsul və xidmətlərdən artıq olsun.
41.Qiymət necə formalaşır?
Məhsulun qiymətinin müəyyən edilməsində
a) xərjlərə əsaslanan qiymətqoyma metodundan;
b) rəqabətə əsaslanan qiymətqoyma metodundan;
j) tələbə əsaslanan qiymətqoyma metodundan və
ç) marketinqə əsaslanan qiymətqoyma metodundan istifadə edilir.
Dostları ilə paylaş: |