1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu



Yüklə 106,97 Kb.
səhifə22/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
iqtisadiyyat son

45. Bazar infrastrukturu
İnfrastruktur (Infrastructure) - Hər hansı istehsal və xidmət prosesi üçün yardımçı xarakter daşıyan istehsal və qeyri-istehsal sahələrinin kompleksi. Başlıca istehsal infrastrukturları nəqliyyat, enerji təchizatı, rabitə, təhsil, səhiyyə və iaşə sahələri hesab olunur. Bazar iqtisadiyyatı şəraitində bazar mexanizmlərinin normal fəaliyyətinə yardımçı olan bütün növ təsisatlar da infrasrukturun tərkib hissəsi sayılır və bazar infrastrukturu adlanır. Əmtəə bazarının infrastrukturu dedikdə əmtəə birjaları, topdan və pərakəndə ticarət şirkətləri, auksionlar və s. başa düşülür. Banklar, maliyyə-kredit institutları, fond birjaları, valyuta birjaları, sığorta şirkətləri, broker və diler müəssisələri, auditor şirkətləri və s. maliyyə bazarının infrastrukturu hesab olunur. Eyni qayda ilə, əmək birjaları, əmək bazarında vasitəçi şirkətlər və digərlər bu kimi təsisatlar əmək bazarının infrastrukturunu təşkil edirlər. Bununla yanaşı, bazar münasibətləri şəraitində dövlətin tənzimləyici siyasətini həyata keçirən vasitəçi idarələr, firmalar və digər dövlət təsisatları da bazar infrastrukturunun tərkib hissələri kimi fəaliyyət göstərirlər. Məsələn, antiinhisar və qiymət tənzimlənməsi üzrə dövlət qurumları və s.
46.Fond birjalar niyə təşkil olunur?
Fond birjaları ilk əvvəl əmtəə birjalarının fond hökümətləri kimi mövcud idilər. Burada pul vəsaitləri və pul öhdəlikləri (istiqraz, veksel, etibarnamələr) alınıb-satılırdı. Belə kağızların tədavül həcmi genişləndikcə, fond bölmələri təcrid oldular və qiymətli kağızlar bazarı fond birjası adlandırılmağa başladı. Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir.
Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin