1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Bəzi vergilər dolayı vergilər hesab olunur. Bunun səbəbi nədir?



Yüklə 106,97 Kb.
səhifə29/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
1   ...   22   23   24   25   26   27   28   29   30
iqtisadiyyat son

66. Bəzi vergilər dolayı vergilər hesab olunur. Bunun səbəbi nədir?
Dolayı vergi növü özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.Dolayı vergi növünün əsas çatışmayan cəhəti isə onun əhali arasında vergi yükünün qeyri-bərabər paylanmasını gücləndirməsidir. Aydındır ki, məhsulun dəyərinə dolayı vergi növünün əlavə edilməsi əhalinin varlı təbəqəsi üçün hiss edilməz qalacaq. Lakin yoxsul təbəqə üçün bu heç də eyni şey demək deyil. Dolayı vergilərin digər çatışmayan cəhəti isə onun inflyasiya xarakterli olmasındadır.
67.Bazar nədir? Müasir dövr bazar anlayışı ilə daha öncəki dövr bazar anlayışı arasında nə fərqi görürsüz?

Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündə-lik tələbat məhsullarının reallaşdırıldığı sadə formada mey-dana gəlmişdir. Iqtisadi inkişafın sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş də­rəcədə genişlənmiş və bunun nəticəsində istehlak malları və investisiya əmtəə-lərinin, iş qüvvəsinin, qiymətli kağızların və xarici valyu-taların, elmi-texniki tədqiqatların alınıb-satılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir. r. Bütün bunlara əsasən ba­zarın quruluşunun aşağıdakı kimi olduğunu demək olar:
1) Işçi qüvvəsi bazarı;
2) Maliyyə bazarı (ssuda – borc kapital-ları bazarı);
3) Inves­tisiya əmtəələri bazarı;
4) Istehlakçılar bazarı;
5) Xidmətlər bazarı;
6) Tex­nologiya bazarı;
7) Intellektual mülkiyyət ünsünləri bazarı.
Ərazi hüdudları – coğrafi mövqeyinə və baş verən iqtisadi ha­di­sələrin miqyasına görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (mil­li), xarici (beynəlxalq) bazarlara, bir qədər də konkretləşdirsək, ayrı-ayrı əmtəə qrupları (istehlak malları, istehsal təyinatlı əmtəələr və ya ha­zır məmulatlar), yaxud da əmtəə növləri (parça, ayaqqabı, metal, dəzgah və i. a.), sahələr (avtomobil, neft, pambıq, üzüm və i. a.), ölkə­lərarası və s. olduğunu demək olar. Bazarları, həmçinin bazar müna­si­bətlərinin inkişaf səviyyəsinə və iqtisadi təyinatlarına görə də fərqlən­dir­mək mümkündür.
Bazarın bu növləri bir sistem daxilində öz aralarında qarşılıqlı əlaqədədirlər və bir-birilərinə təsir göstərirlər. On-ların hər hansı birində baş verən pozuntular və ləngimələr həmin zəncirvari prosesdə başqa­la­rı­na da təsir edir.
Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrü­fat həyatı­nın bütün sahələrinə təsir edir və: 1) Informasi­ya­vermə; 2) Vasitəçi­liket­mə; 3) Qiymətəmələgətirmə; 4) Tən­zim­ləmə və 5) Sağlamlaşdırma vəzi­fə­lərini yerinə yetirir.
Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiya verir.
Kortəbii surətdə meydana çıxan əməliyyatlar, bazarı, külli miq­darda informasiyaları toplayıb «işləyən», onun əhatə dairəsi haq­qında ümumi məlumat verən nəhəng kom-püterə çevirir. Bu, hər bir mü­əs­sisəyə, özünün xüsusi isteh-salını bazarda daim dəyişən şəraitlə mü­qa­yisə etməyə imkan verir.
Bazarın ən mühüm vəzifələrindən biri də onun tənzimləyici funksiyasıdır. Bu, bazarın, iqtisadiyyatın bütün sahələrinə, birinci növ­bədə istehsala təsir göstərməsi ilə əla-qədardır. Həm də, bazarı rə-qabətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, sahəda-xili rəqabət məhsul vahidinə çəkilən xərclərin aşağı salınma-sı, əmək məhsul­darlı­ğı­nın yüksəldilməsi, texniki tərəqqinin sürətləndirilməsi, məhsulların key­fiy­yətinin yaxşılaşdırıl-ması üçün stimul yaradırsa, sahələrarası rəqabət kapitalın bir sahədən digərinə axması yolu ilə iqtisadiyyatın optimal qu­ruluşunu formalaşdırır, perspektivli sahələrin inkişafına şərait yara­dır.
Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mü­hüm rol oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşa­ğı düşməsi isə ixtisar olunmasına işarədir.
68.Natural təsərrüfatın xarakterik xüsusiyyətləri hansılardır? Nəyə görə ona qapalı sistem deyirlər?
Natural təsərrüfat qapalıdır. Bu təsərrüfatın mövcud olduğu cəmiyyətlərdə təsərrüfat əlaqəsiz, dağınıq şəkildə fəaliyyət göstərir (ailə, icma, malikanə). Hər bir təsərrüfat vahidi özlərinə məxsus resurslardan istifadə edir və ailənin tələbatını ödəmək üçün məhsul istehsal edirlər. Müasir dövrdə (dövlətin daxilində inkişaf etmiş əmtəə istehsalı olduğu halda) bəzi təsərrüfat birliklərində, kənd təsərrüfatı müəssisələrində və hətta ayrıca bir dövlətdə də qapalılığa, naturallığa meyl ola bilər. Natural istehsal üçün universal əl əməyi xarakterikdir. Əməyin növlərə bölünməsi yoxdur. Məsələn, bir nəfər əyirir, toxuyur, boyayır və s. Burada ən sadə alətlərdən istifadə olunur. Natural təsərrüfatda istehsalla istehlak arasında birbaşa iqtisadi əlaqə yaranır. Burada "istehsal-bölgü-istehlak" əlaqəsi var, mübadilə isə yoxdur. Bu cür əlaqə natural təsərrüfatın davamlığını təmin edir. Burada ancaq sadə təkrar istehsal baş verir.
Natural təsərrüfat sistemi ənənəvi iqtisadiyyat adlandırılır. Onun xarakterik cəhətləri: istehlak üçün eyni, ənənəvi məhsul istehsal etmək; texniki tərəqqinin məhdudluğu; cəmiyyətin həyat tərzində dəyişikliyin olmasında geriliyin qalması; sosial-iqtisadi münasibətlərdə durğunluq).
69.Əmək amilinin izahı. Əmək və iş qüvvəsi arasında nə fərqi görürsüz?
Iqtisadçılar adətən istehsalın üç amilindən - torpaq, əmək və kapitaldan danışırdı. Üç amil anlayışı insan fəaliyyətinin istənilən, hətta ən sadə növünün nümunəsi ilə asanlıqla başa düşülür.
Əmək, şəxsin özü tərəfindən həyata keçirilən maddi mal və xidmətlər yaratmaq prosesində əqli və fiziki səylərin tətbiq edilməsini tələb edən bir insanın, insanların şüurlu, enerji sərf edən, sosial, məqsədəuyğun fəaliyyətidir. İstehsal amili kimi əmək, işçilərin təlimi və istehsal təcrübəsi əldə etmələri sayəsində yaxşılaşdırılır.
Əmək – insanın fiziki, əqli, bioloji enerji sərfini tələb edən şüurlu məqsədyönlü, səmərəli fəaliyyətidir.Əmək resursları – iqtisadi aktiv, əmək qabiliyyətli əhalidir, üç parametrə - sosial demoqrafik, peşə-ixtisas, mədəni-təhsil-qiymətləndirmə. İnsan cəmiyyət həyatının əsasını əmək təşkil edir. hər şeydən əvvəl əmək təbiətlə insan arasında baş verən bir eqonomik prosesdir. Bu prosesdə təbiətin var olan cisimləri insan və cəmiyyətin tələbinə, fəaliyyət istiqamətinə uyğunlaşdırılır. İnsanın fəaliyyəti digər canlıların fəaliyyətindən fərqli olaraq bir neçə səciyyəvi xarakter daşıyır.
Əmək ehtiyatları dedikdə əmək bazarında işçi qüvvələrinin ehtiyatı nəzərdə tutulur. Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyəti yaşında olan əhali təşkil edir. Əmək ehtiyyatları həm fəaliyyət göstərən və həm də potensial işçi qüvvəsini özündə inteqrasiya edir. "Əmək ehtiyatları" anlayışı "iş qüvvəsi" anlayışından daha geniş anlayışdır. Çünki " əmək ehtiyyatları "-na işləmək qabiliyyətinə malik olub, həm ictimai istehsalda işləyənlər, həm də şəxsi yardımçı və ev təsərrüfatında məşğul olanlar daxildir. Başqa sözlə, iş qüvvəsi dedikdə uyğun olaraq məşğul olanlar, işləyənlər , əmək ehtiyyatları dedikdə isə yalnız məşğul olanlar deyil, həm də olmayanlar da nəzərdə tutulur. Bundan başqa, "iş qüvvəsi" anlayışı "əmək ehtiyyatları" anlayışı ilə müqayisədə daha çox sosial məzmun kəsb edir. Əmək ehtiyyatlarının bir hissəsinə də əmək qabiliyyətli yaşdan böyük olmasına baxmayaraq, əmək fəaliyyətini davam etdirın əhali də aid edilir. Bunlarla yanaşı, əmək fəaliyyəti ilə məşğul olan 16 yaşınadək yeniyetmələr də əmək ehtiyyatlarının tərkib hissəsi hesab olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur.
Azərbaycanda əmək ehtiyatlarına aşağıdakılar daxildir:
1) Əmək qabiliyyəti yaşından xaric olan, lakin faktiki olaraq işləyən şəxslər də , yəni 62 yaşdan yuxarı olan kişilər, 57 yaşdan yuxarı olan qadınlar və 16 yaşdan az olan yeniyetmələr daxil edilirlər.
2) Əmək ehtiyatlarına işləməyən I və II qrup əmək və müharibə əlilləri və güzəştli təqaüd alan və işləməyənlər çıxıldıqdan sonra bütün əmək qabiliyyətli yaşında olan əhali, yəni 16-62 yaşında kişilər, 16-57 yaşında qadınlar daxil edilirlər.
Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyətli yaşında olan əhali təşkil edir. Əhalinin minimum (16 yaş ) və maksimum (təqaüd yaşı) əmək qabiliyyəti həddi fizioloji və ictimai – iqtisadi amillərlə müəyyən edilir. Ona görə də əhalinin təqaüd yaş dövrü ümumi halda konkret iş sahələri üçün ayrılıqda müəyyənləşdirilir.

70.Sahibkarın funksiyaları nədən ibarətdir? Necə sahibkar ola bilərsiz?


Sahibkarın fəaliyyəti hər şeydən əvvəl müəssisənin işinin səmərəli təşkilinə yönəldilir. Və burada onun hamıya məlum olan daxili funksiyaları diq-qəti daha çox cəlb edir. Tanınmış iqtisadçı R.Barr sahib-karın daxili funksiyalarını aşağıdakı kimi təsnifləşdir-mişdir. 
Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin