1.Üçfazalı sistemlər haqqında ümumi məlumat


İş taktı (yanma və genişlənmə prosesi)



Yüklə 1,76 Mb.
səhifə18/30
tarix01.01.2022
ölçüsü1,76 Mb.
#104170
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
İş taktı (yanma və genişlənmə prosesi). İş taktında silindrin hər iki klapanı bağlı olur. Porşen YÖN-dən AÖN-nə doğru hərəkət edir. Silindrə yanacaq nasos və forsunka vasitəsi ilə yüksək təzyiqlə püskürülür. Yanacaq silindrdə yüksək temperaturadək sıxılmış hava ilə bilavasitə toxunur, öz-özünə alovlanır və yanır. Dizellərdə püskürmənin, yəni nasosla yanacağın verilməsinin davam etməsi verilən yanacağın miqdarından asılı olaraq dizelin dirsəkli valının dönmə dərəcəsinə bərabər olur.

Xariçetmə taktı. Xariçetmə taktında xariçetmə klapanı qazpaylayıcı mexanizmi vasitəsi ilə açılır. Porşen AÖN-dən YÖN-nə doğru hərəkət edib, silindrin daxilindən yanmış qazları sıxıb çıxarır.

Dizel generatorlarının soyudulması

Dizel işləyən zaman silindirlərin oymaqları, porşenlər, silindir qapaqları, çıxartma kollektorları , turbinli hava üfürücüləri, işlənmiş qazların yüksək temperaturu ilə qızır. Bu detalların qızması o dərəcəyə çatır ki, onlar iş qabiliyyətini itirir və siradan çıxır. Bu səbədən dizel aqreqatının normal işini təmin etmək üçün onu soyutmaq lazımdır. Aqreqatın daxili yanması zamanı maye və hava soyudulmasından istifadə edilir.

Bu zaman məcburu qapalı su sirkulyasiyası ilə soyutma sistemi tətbiq edilir. Su sistemi borulardan ,su nasoslarından, soyuducudan, çəndən, kaloriferdən, yanacaq və yağ qazanından ibarətdir. Su mərkəzdən qaçma nasosunun köməyi ilə mühərrikin köynəkləri və radiatoru vasitəsilə sirkulyasiya edir və ventelyasiya vasitəsilə soyudulur su yenidən nasos vasitəsilə mühərrikin köynəklərinə verilir.Əgər mühərrikin köynəklərindən çıxan suyun tempraturu 80-90 intervalında saxlanılarsa,dizel daha səmərəli işləyər. Termostat mühərrikin içində suyun davamlı olarak eyni istilikdə qalmasını təmin edər. Bu sistemin çatışmayan çəhəti müəyyən tempraturda suyun qaynaması və donmasıdır. Daha aşağı tempraturda itgilər çoxalır və detalların köhnəlməsi tezləşir. Suyun donmaması ücün antifrizdən istifadə olunur.

Dizel həm də hava ilə soyudula bilir. Hava ilə soyutma sistemində dizel mühərriklərində qızmış hissələrin məcburi üfürülməsi üçün ventilyatordan istifadə edilir. Bu soyutmanın müsbət cəhətləri: iş prinsipinin sadə olması, dözümlülüyü, az yanacaq sərfi və ehtiyat hissələrindən az istifadə olunması, donmaması və qabaritinin kiçik olmasıdır.

Çatışmayan cəhətləri:yağlanmaya çox xərc sərf olunur,mühərrikdə çox səs-küy olur,aşağı tempraturda işə salma çətin olur və çoxslindrli mühərrikdə soyutma qeyri bərabər olur.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin