1.Üçfazalı sistemlər haqqında ümumi məlumat


Sinxron generatorun quruluşu və iş prinsipi



Yüklə 1,76 Mb.
səhifə2/30
tarix01.01.2022
ölçüsü1,76 Mb.
#104170
1   2   3   4   5   6   7   8   9   ...   30
2.Sinxron generatorun quruluşu və iş prinsipi

Sinxron maşınların rotoru statorun fırlanan maqnit sahəsi ilə sinxron fırlanır (onların adı buradan götürülür). Rotorun və maqnit sahəsinin fırlanma sürəti eyni olduğundan rotor dolaqlarında cərəyanlar induksiyalanmır. Bu səbəbdən rotor sabit cərəyan mənbəyindən qidalanır.

Sinxron generatorlardan əsasən elektrik stansiyalarında elek­trik enerjisi istehsal etmək üçün istifadə edilir. Müasir sinxron generatorların gücü 1500 MVA-a çatır.

Sinxron generatorların iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır və onlar əsas iki hissədən ibarətdir: stator və rotor. Generatorun hərəkətsiz hissəsi-statorun içliyi bir-birindən izolə olunmuş elektro­tex­niki polad lövhələrdən yığılır. Statorunun daxili səthi üzərində açılmış yuvalarda üçfazalı dolaqlar yerləşdirilmişdir Generatorun fırlanan hissəsi– rotor elektromaqnitdən ibarətdir. Rotorun üzərində təsirlənmə dolağı yerləşir. Rotor do­lağı fırçalar və kontakt halqaları vasitəsilə xarici sabit cə­rə­yan mənbəyi ilə birləşdirilir.

Sinxron generatorun rotoru aşkar qütblü və qeyri-aşkar qütb­lü hazırlanır. Aşkar qütblü generatorlar hidroelektrik stansiyalar­da yavaş gedən turbinlərlə, qeyri-aşkar qütblü generatorlar is­tilik elektrik stansiyalarında buxar və ya qaz turbinləri ilə hə­rəkətə gətirilir.

Sabit cərəyan mənbəyindən təsirlənmə dolağına (4) gərginlik ve­rilir və generatorda təsirlənmə maqnit sahəsi yaranı. Rotor n2 sürəti ilə fırlandıqda, onun təsirlənmə maqnit seli statorun dolaqlarını kəsir və onun fazalarında dəyişən e.h.q-si induksiyalayır. Stator dolaqlarına yük qoşulanda cərəyan axır. Sinxron generatorlarda stator və rotorun maqnit sahələri eyni sürətlə fırlandığından n1=n2 olur.

Sinxron generatorda e.h.q-si induksiyalanan və yük cərəyanı axan dolaq – lövbər dolağı, üzə­rində təsirlənmə dolağı yer­lə­şən hissə induktor adlanır. Yəni stator – lövbər, rotor– induktordur. Generatorda induksiya­­­lanan e.h.q-sinin tezliyi f=pn/60-dır




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin