1.Üçfazalı sistemlər haqqında ümumi məlumat



Yüklə 1,76 Mb.
səhifə28/30
tarix01.01.2022
ölçüsü1,76 Mb.
#104170
1   ...   22   23   24   25   26   27   28   29   30
Qələvili akkumulyatorlar

Qələvili akkumulyatorlar ümumiyyətlə qapalı qabda buraxılır. Bununda səbəbi odur ki, akkumulyatoru dolduranda qələvinin sulu məhlulu ətrafdakı mühütdən karbon qazı udur və reaksiya nəticəsində ağ qələvi maddəyə (potaşa) çevrilib AB-nın verdiyi tutumu xeyli azaldır.

Qələvili akkumulyatorlar iki növə: nikel- dəmir (NJ) və nikel-kadmium (NK) bölünür.

Qələvili akkumulyatorlarda müsbət elektrodun aktiv kütləsini nikel hidroksiddən (Ni(ON)3), mənfi elektrodunki isə dəmirdən(F) ( nikel-dəmir akkumulyatoru) və ya kadmium (Cd) (60-80%) ilə dəmir qatışığından (nikel- kadmium akkumulyatoru) ibarətdir. Elektrolid olaraq 20% KOH və ya NaOH məhlulu istifadə edilir. Akkumulyatorun qulluq müddətini artırmaqdan ötrü elektrolitə LiOH litium monohidratı əlavə edilir. Qələvili akkumulyatorları formalaşdırma yolu ilə işçi vəziyyətə gətirmək üçün onlara elektrolid məhlulu tökülməlidir, çünki onlar zavoddan quru ( məhlulsuz) gətirilir. Məhlul dəmir və ya ebonit qablarda hazır- lanmalıdır. Şüşə qabda məhlulun hazırlanması məsləhət görülmür, çünki su ilə kalium qarışığında məhlulun hərarəti artır və şüşə qab istidən qızıb sına bilər. Eləcə də sinklənmiş, qalaylanmış, alüminium, mis, keramik, qurğuşun və üzərinə emal çəkilmişqablardan istifadə etmək qadağandır.

Nikel-dəmir akkumulyatorun boşalması və yüklənməsi vaxtı cərəyan yaradan elektrokimyəvi reaksiyalar aşağıdakı kimi yazılır.

2NiOOH+Fe+2H2O 2Ni(OH)2+Fe(OH)2

Nikel-kadmium akkumulyatoru üçün



2NiOOH+Cd+2H2O 2Ni(OH)2+Cd(OH)2

Nikel-dəmir akkumulyatorun düzgün işləməsi üçün mənfi elektrod müsbət elektroda nəzərən böyük kütləyə malik olmalıdır.

Sıxlığı 1,9-1,21q/sm3 kalium-litium məhlulunu hazırlamaq üçün təmiz distillə edilmiş su ilə yuyulmuş qaba əvvəlcə distillə edilmiş su tökürlər, sonra şüşə, polad və ya plastik kütlədən hazırlanmış çubuq ilə aramsız qarışdırmaqla ona kiçik miqdarda qatı məhlul əlavə olunur. Sıxlığı 1,41q/sm3 olan kalium-litium məhlulun- un miqdarı öz həcmi üzrə distillə edilmiş suyun miqdarına bərabər götürülür.

Təzə hazırlanmış məhlulun dibində həmişə çöküntü şəklində xırda həll olunmamış hissəciklər qalır. Bu çöküntünü məhlulun qabının dibinə yatırmaq və məhlulun özünü soyutmaq üçün məhlul qapağı kip bağlanmış qabda 16-20 saat ərzində sax- lanılmalıdır. Bu müddətdən sonra məhsulun açıq şəffaf hissəsi təmiz qaba süzülür, areometrlə onun sıxlığı ölçülür və lazım gəldikdə məhlul əlavə etməklə sıxlıq normaya çatdırılır. Məhlulu akkumulyatora tökməzdən əvvəl yeni akkumulyator batareyalarını tozdan və çirkdən təmizləmək, akkumulyatorun batareyalı birləşmələrinin düzgünlüyünü yoxlamaq, elementlər arası birləşmələrdə etibarlı və sıx təmas almaq üşün təmas qaykalarını bərkitmək lazımdır. Sonra şüşə, ebonit və ya saxsı qıf vasitəsi ilə məhlul batareyaya tökülüb, 2 saatdan tez olmamaq şərti ilə akkumulyatorda onun səviyyəsi yoxlanılır. Məhlulun səviy- yəsi lövhələrin yuxarı kənarlarından 5mm-dən əskik və 12 mm-dən artıq olmamalı-dır. Məhlulun səviyyəsi yüksək olduqda doldurma zamanı o akkumulyatordan ətrafa sıçramaga başlayır. Məhlulun səviyyəsini diametri 5-6mm uzunluğu 200mm və aşağı ucundan 5 və 12mmməsafədə iki nişan cızığı olan şüşə boru vasitəsi ilə ölçülür. Məhlulun səviyyəsini ölçmək üçün şüşə borunu akkumulyatorun daxilindəki lövhələrədək endirilir. Sonra borunun yuxarı ağzını barmaqla kip bağlayıb, borunu akkumulya-tordan çıxarıb, tökmə deşiyin üstündə saxlayırlar. Boruda məhlulun hündürlüyü lövhələrin üzərində onun səviyyəsini göstərəcəkdir. Akkumulyatorda məhlulun miqdarını azaltmaq üçün rezin armudcuqdan istifadə edirlər. Daha sonra hər aKkumulyatorun gərginliyi ölçülür. Batareyanın sıxaclarında gərginlik olmayanda və ya sıfra yaxın olduqda akkumulyator batareyası daha 10 saat ərzində saxlanılır. Əgər yenə də gərginlik olmazsa akkumulyator dəyişdirilməlidir.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin