Sorma taktı. Sorma taktında sorma klapanı qazpaylayıcı mexanizm vasitəsi ilə açılır. Porşen isə YÖN-dən AÖN-nə doğru hərəkət edir. Bu zaman havatəmizləyicidən sorulan atmosfer havası silindrin daxilinə dolur.
Sıxma taktı. Sıxma prosesində silindrin hər iki klapanı, yəni həm sorma və həm də çıxarma klapanı bağlı olur. Porşen silindrin daxilində AÖN-dən YÖN-nə doğru hərəkət edir və sorma taktında dolmuş havanı silindrdə sıxır. Silindrin daxilinə nasos və forsunka vasitəsi ilə püskürülən yanacağın öz-özünə alovlanması üçün sıxma taktında havanın temperaturu yanacağın öz-özünə alovlanma temperaturundan yüksək olmalıdır.