1.Üçfazalı sistemlər haqqında ümumi məlumat



Yüklə 1,76 Mb.
səhifə20/30
tarix01.01.2022
ölçüsü1,76 Mb.
#104170
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
Düzləndirici diodlar. Bu diodlar məhdud tezlik diapazonunda dəyişən cərəyanı sabit cərəyana çevirmək, yəni düzləndirmək üçün istifadə olunur. Düzləndirici diodlar Se, Ge və Si- dan müstəvi formada hazırlanır. Hazırda selen (Se), germanium (Ge) və silisium (Si) yarımkeçirici ventilləri geniş tətbiq edilir.

Selen düzləndiriciləri ardıcıl və paralel qoşulmuş ventillərdən ibarətdir. Selen düzləndiricilərdə düzlənmiş cərəyanın qiyməti 1 – 100 nA, əks gərginliyin qiyməti 1 – 1000 V intervalında dəyişir.

Germanium ventilləri alçaq voltlu düzləndiricilərdə tətbiq edilir. Silisium ventilləri yüksək gərginlikli və böyük güclüdüzləndiricilərdə istifadə edilir. Onlarda düzlənmiş cərəyanın qiyməti 1000 A-ə qədər, əks gərginlik 1000 V-a qədər olur. Impuls diodlari. Bu diodlar qoşulma müddəti bir mikrosaniyədən kiçik olan iti sürətli impuls sxemlərində açar elementləri kimi istifadə olunur. İmpuls diodlarını fərqləndirən cəhət ondan ibarətdir ki, onlarda elektrik keçidinin sahəsi və yükdaşıyıcıların yaşama müddəti azdır. Bunlar kiçik ətalətliyə malik oldugu üçün bu diodlardan impuls rejimində işləyən bir çox elektron qurğularında istifadə olunur.

Varikaplar. Xüsusi konstruksiyaya malik olan və dövrələrdə dəyişən tutumlu kondensator kimi istifadə olunan yarımkeçirici dioda varikaplar deyilir. Varikapların iş prinsipi elektron keçidinin tutumunun tətbiq edilən gərginlikdən asıllığına əsaslanır. Varikaplardan rəqs konturlarının köklənməsində, parametrik gücləndiricilərdə, tezliyin avtomatik tənzimləmə sxemlərində, tezlik modulyasiya sxemlərində ganiş istifadə olunur.

Tunel diodları elə yarımkeçirici cihazlardır ki, onların volt-amper xarakteristakası mənfi diferensial müqavimətli sahəyə malikdirlər. Bu diodların iş prinsipi elektron - deşik keçidində baş verən tunel effektinə əsaslanır. Bu diodlardan rəqs generatorlarında, gücləndirici sxemlərdə istifadə olunur Çevrilmiş diodlar tunel diodlarının növlərindən biridir və daha yüksək tezliklərdə işləyir.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin