1.Üçfazalı sistemlər haqqında ümumi məlumat


Gərginliyin vurulmasi sxemi



Yüklə 1,76 Mb.
səhifə24/30
tarix01.01.2022
ölçüsü1,76 Mb.
#104170
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
Gərginliyin vurulmasi sxemi

Yük cərəyanının kiçik qiymətlərində böyük qiymətə malik gərginliklər almaq üçün gərginliyin vurulma düzləndirici sxemlərindən istifadə olunur şək.1. Sxemdə göstərilən hər növbəti kondensator daha böyük qiymətli gərginliklə dolur. Əgər transformatorun ikincı dolağının e.h.q-sinin istiqaməti “a” nöqtəsindən “b” nöqtəsinə doğru olarsa,bu zaman VD1 ventili vasitəsil -kondensatoru ikinci dolağın gərginliyinin amplitud qiymətinə qədər dolur. Transformatorun ikinci dolağının e.h.q-nin istiqaməti dəyişən zaman kondensatorunun

yükləmə cərəyanı aşağıdakı dövrə üzrə axır: Şək.1

”a” nöqtəsi, kondensatoru, VD2 ventili, kondensatoru,”b” nöqtəsi. Bu halda kondensatoru gərginliyinin qiymətinə qədər yüklənəcəkdir, çünki transformatorun ikinci dolağı və Transformatorun ikinci dolağının e.h.q-nin istiqaməti yenə də dəyişəndə (“a”nöqtəsində mənfi,”b” nəqtəsində müsbət potensial olan halda ) kondensatoru aşağıdakı dövrə üzrə yüklənir:transformatorun “b”nöqtəsi, -kondensatoru, VD3-ventili, -kondensatoru,”a”-nöqtəsi. Bu halda kondensatoru gərginliyinin qiymətinə qədər yüksələcəkdir.

Gərginliyin vurulma sxeminin mənfi xüsusiyyəti böyük qiymətə malik daxili müqavimətin olmasıdır. Bu sxemdə transformatorun ikinci dolağından qidalanan müxtəlif ardıcıl birləşmiş sxemlərdən yaranan eyni sxemlər üçün yalnız bir transformator istifadə olunur. Bu səbəbdən düzlənmiş gərginlik və onun döyünməsi yük cərəyanının qiymətindən asılı olur.



Birfazali idarəolunan düzləndiricilər

Bir çox hallarda düzlənmiş gərginliyin orta qiymətini ( ) stabil saxlamaq və ya geniş həddə tənzimləmək lazım gəlir. Bu məqsədlə idarəolunan düzləndiricilərdən istifadə edilir. İdarəolunan düzləndiricilər əsasən tristorlar üzərində qurulur, birfazalı və üçfazalı olurlar.



Aktiv yükə işlyən transformatorun sıfır (orta) nöqtəsindən çıxışı olan birfazalı ikiyarımperiodlu idarəolunan düzləndiricinin iş prinsipinə baxaq Transformatorun birinci dolağına sinusoidal gərginlik veriləndə onun ikinci dolağında sinusoidal gərginlik əmələ gəlir. İkinci dolaqdakı gərginlik birinci yarımperiodda tristoruna, ikinci yarımperiodda tristoruna tətbiq olunur.

Sxemdə birinci yarımperiodda tristorunun anoduna müsbət potensial, idarə- edici elektroduna idarəetmə sistemindən idarəedici impulslar verilir, tristoru açılır və ondan yükə cərəyan axır. Bu zaman tristoru bağlıdır, çünki ona əks gərginlik tətbiq olunur.

İkinci yarımperiodda əks gərginliyin verilməsi ilə bağlanır, tristorunun anoduna müsbət potensial, idarəedici elektroduna idarəetmə sistemindən impulslar verilir, o açılır və ondan yükə cərəyan axır.

Qeyd edək ki, idarəedici elektrodlara impulsların verilməsi nəticəsində tristorlar bir qədər gecikməklə (α=ωt faza sürüşməsi ilə) açılırlar. α – bucağına idarəetmə bucağı deyilir. İdarəetmə bucağı diodların təbii açılma nöqtəsindən başlayaraq dərəcələrlə ölçülür. α – bucağını dəyişməklə düzlənmiş gərginliyin qiymətini tənzim etmək mümkündür. Bunun üçün idarəedici elektrodlara impulslar tristor- ların anodundakı gərginliklərə nəzərən fazaca sürüşmə ilə verilməlidir. α – bucağı 0 - arasında dəyişə bilir. Bucaq maksimum olanda düzləndiricinin çıxışındakı düzlənmiş gərginlik minimum olur, minumum idarəetmə bucağında isə düzləndiricinin çıxışında maksimum düzlənmiş gərginlik alınır.

Sxemin işindən görünür ki, α – bucağının artması ilə düzlənmiş gərginlik azalır, onun döyünməlri artır və düzləndiricinin f.i.ə-lı aşağı düşür. Bu idarəolunan düzləndiricilərin əsas çatışmayan cəhətidir.

.


Üçfazali idarəolunan düzləndiricilər

Yükün yenə də aktiv xarakterli olduğunu qəbul edərək orta nöqtədən çıxışı olan üçfazalı idarəolunan düzləndiricinin işiniaraşdıraq . Neytral (sıfır) çıxışlı idarəolunan üçfazalı düzləndiricinin hər bir fazası öz impulsları ilə işləyir.

Burada tristorların qoşulma anı və onların işləmə müddəti idarəetmə bucağından (α) asılı olur. Bucağın qiyməti təbii qoşulma anından (π/3) başlayaraq ölçülür. Tənzimləmə bucağı α = 60° olanda düzlənmiş gərginlik sinusoidanin dörddə birinə bərabər olur. α = 0 olanda düzlənmiş gərginlik əyrisi analoji olaraq idarəolunmayan düzləndiricidəki əyri kimi alınır.

İdarəetmə bucağını dəyişməklə aktiv yüklə işləmədə belə sxemin iki əsas rejimi alınır: aramsız cərəyanlar və fasiləli cərəyanlar rejimləri. Aramsız cərəyanlar rejimi

idarəetmə bucağının qiymətlərinə, fasiləli cərəyanlar rejimi isə qiymətlərinə uyğun gəlir. Aramsız cərəyanlar rejimində düzlənmiş gərginliyin orta qiyməti alınır və hər bir tristor 1/3T-də işləyir.

Fasiləli rejim tənzimləmə bucağının 30° - dən yuxarı qiymətlərində əmələ gəlir. Bu zaman faza gərginliyi sıfırdan keçəndə işləyən trtistor bağlanır, işə qoşulacaq tristorlara hələ gərginlik verilməyib, düzlənmiş gərginlikdə fasilə yaranıb.

Fasiləli rejimdə cərəyanın tristordan keçmə müddəti 1/3T-dən az, gərginlik isə olur.

Aktiv yükə işləyən sıfır cıxışlı üçfazalı düzləndirmə sxemi üçün maksimal tənzimləmə bucağı 1500-dir

HAMARLAYICI SÜZGƏCLƏRİN TƏSNİFATI

Radioelektron qurğularını qidalandırmaq üçün əsasən sabit cərəyan mənbələrindən istifadə edilir. Bu hallarda düzlənmə sxemindən istifadə edilir. İstənilən düzləndirmə sxeminin çıxışında düzlənmiş gərginliyin tərkibində sabit toplanandan əlavə gərginliyin döyünməsi adlanan dəyişən (döyünən) toplanan olur. Gərginliyin bu cür döyünməsi radioelektron qurğularının normal işini pozur və hətta mümkünsüz edir. Düzlənmiş gərginliyin dəyişən toplananının qiymətini azaltmaq üçün düzləndirici ilə yük arasinda hamarlayıcı süzgəclər qoşulur. Süzgəclərin əsas elementləri kondensatorlar, induktiv dolaqlar və tranzistorlardır.

Düzlənmiş gərginliyin dəyişən toplananı müxtəlif amplutudlu harmonik toplananından ibarətdir. Bu halda başqa harmonikalara nəzərən birinci harmonikanın amplitudu maksimum olur. Bu zaman süzgəclər əsas harmonıkaların süzülməsinə hesablanır.

Süzgəclərin işini xarakterizə edən əsas parametr hamarlama əmsalıdır. Süzgəcin girişindəki düzlənmiş gərginliyin döyünmə əmsalının ) onun cıxışındakı döyünmə əmsalına olan nisbətinə hamarlama əmsalı deyilir.



burada uyğun olaraq süzgəcin giriş və çıxışındakı gərginliklərin birinci harmonikalarının ampilutudları, uyğun olaraq süzgəcin giriş və çıxışındakı gərginliklərin sabit toplananlarıdır

Hamarlama əmsalı süzgəcdən siqnal keçən zaman döyünmənin neçə dəfə azaldığını göstərir..

Hamarlayıcı süzgəc aşağıdakı tələbatlara cavab verməlidir: düzlənmiş gərgiliyin dəyişəm toplananının qiymətini mümkün qədər minimum düşməsini təmin etməli, güc itgisi az olmalı, işdə yüksək etibarlı olmalı, kiçik qabaritə, kütləyə, dəyərə malik olmalıdır.

H amarlayıcı elementin növündən asılı olaraq süzgəclərin aşağıdakı novləri vardır: bir tutum və ya bir induktivlikdən ibarət; iki elementdən ibarət Г şəkilli(LC, RC); mürəkkəb П şəkilli (CLC, CRC) və çox dövrəli (LC,RC); dəyişən toplanani kompensasiya edən süzgəc; elektron süzgəclər.

bir induktivlikdən ibarət süzgəc bir tutumdan ibarət süzgəc Г şəkilli LC süzgəci



Г şəkilli RC süzgəci П şəkilli CRC süzgəci П şəkilli CLC süzgəci



Bir induktivlikdən ibarət hamarlayıcı süzgəclər

İnduktiv süzgəc ferromaqnit içlyi olan sarğacdan (drosseldən) ibarət olub yüklə ardıcıl qoşulur. Bu növ süzgəcin hamarlama xüsusiyyəti düzlənmiş cərəyanın dəyişməsinə mane olan, drosseldə yaranan öz-özünə e.h.q-dən asılıdır. Drossel elə seçilməlidir ki, onun dolaqlarının induktiv müqaviməti yük müqavimətinin qiymətindən çox böyük olsun:

Bu şərt yerinə yetirilərkən düzlənmiş gərginliyin dəyişən toplananının çox hissəsi drossel dolağına düşür və yük müqavimətində əsas düzlənmiş gərginliyin sabit toplananına ayılır. Drossel dolağının aktiv müqavimətində düşən gərginlik düşgüsünü nəzərə almasaq ( ),belə süzgəcin hamarlama əmsalı:



(1)

burada uyğun olaraq süzgəcin giriş və çıxışındakı gərginliklərin birinci harmonikalarının ampilutudları, uyğun olaraq süzgəcin giriş və çıxışındakı gərginliklərin sabit toplananlarıdır, L- drossel dolağının induktivliyi, yük müqaviməti, ; şəbəkə cərəyanının tezliyi; m- düzləndiricinin sxemindən asılı olan düzlənmiş gərginliyin əsas harmonikasının tezliyinin şəbəkə tezliyindən neçə dəfə çox olduğunu göstərən əmsaldır.

Hamarlama əmsalının ifadəsindən görünür ki, m-əmsalının qiyməti artanda induktiv süzgəcin hamarlama əmsalı artır. Bu səbəbdəndə induktiv süzgəci çoxfazalı cərəyanların düzlənməsində istifadə etmək məqsədə uyğundur.

Bir tutumdan ibarət hamarlayıcı süzgəclər

Tutum süzgəci yükə paralel qoşulmuş kondesatordan ibarətdir. Tutun süzgəcinin iş prinsipi düzləndirici ilə birlikdə analiz etmək lazımdır.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin