2 -ci sinif bilik yarışı



Yüklə 24,51 Kb.
tarix10.12.2022
ölçüsü24,51 Kb.
#120792
2 ci sinif 2ci tur





2 -ci sinif bilik yarışı

1. Köynək 6 manatdır. Pencək isə köynəyin qiymətinin 2 qatı qədərdir. Köynək və pencək birlikdə neçə manatdır?


A) 20 B) 18 C) 22
2. 36:9=4 misalında bölmə əməlinin cavabı aşağıdakılardan hansı ilə düzgün
yoxlanılmışdır?
A) 4x9=35 B) 4x8=32 C) 4x9=36
3. Bir qutu albalı şirəsi 5 stəkan tutur, 3 qutu meyvə şirəsindən 14 stəkan şirə içildi. Qutuda neçə stəkan meyvə şirəsi qaldı?
A) 1 B) 2 C) 0
4. Yeni il şənliyi üçün 40 qırmızı, 30 sarı oyuncaq alındı. 45 oyuncaqla yolkanı bəzədilər. Neçə oyuncaqdan istifadə olunmadı?
A) 30 B) 20 C) 25
5.18=a+2 müqayisəsində a-nın yerinə uyğun
gələn ədəd hansıdır?
A) 15 B) 16 C) 17
6. 93-dən böyük neçə ikirəqəmli cüt ədəd var? Həmin ədədlərin cəminin rəqəmləri cəmini tapın?
A) 2 B) 3 C) 18
7. Yarım saatın yarısı neçə dəqiqədir?
A) 30 dəqiqə B) 60 dəqiqə C) 15 dəqiqə D) 20 dəqiqə
8. Vasifin boyu 1 metr 20 sm, Kərimin boyu ondan 5 sm qısadır. Aydının boyu Vasifdən 10 sm uzundur. Bu oğlanları boy sıralamasına görə düzün(kiçikdən böyüyünə doğru)?
A) Vasif, Kərim, Aydın B) Kərim, Aydın, Vasif C) Aydın, Kərim, Vasif
D) Kərim, Vasif, Aydın
9. Təkliyi 9, onluğu isə ən kiçik iki tək ədədin cəmi şəkilində göstərilə bilən ədəd hansıdır?
A) 49 B) 39 C) 89 D) 79
10. Birrəqəmli ədədi 10 vahid artırdıqdan sonra 15 çıxdılar və nəticədə 4 alınarsa, birrəqəmli ədədi tapın.
A) 9 B) 8 C) 7 D) 6
11. 1 yumurta 10 dəqiqəyə bişirsə 2 yumurta neçə dəqiqəyə bişər?
A)15 B)20 C)10
12. A>299 olarsa,A-nın yerindəki ən kiçik tək ədəd neçə ola bilər?
A)297 B)298 C)301
13. 8;1;6 rəqəmlərindən bir dəfə istifadə etməklə yazılan ən böyük üçrəqəmli ədədlə ən kiçik üçrəqəmli cüt ədədin fərqini tapın.
A.661 B.761 C.861
14. Ədədi 7-yə böldükdə alına biləcək bütün qalıqların cəmini tap.
A) 21 B) 31 C)23
15. Fikrimdə tutduğum ədədin üzərinə 4 əlavə etdikdə onluqların sayı 2, təkliklərin sayı 8 olur. Fikrimdə tutduğum ədədin 2 qatından 4 vahid artıq olan ədəd neçədir?
A) 20 B) 52 C) 24 D) 29
16. İkirəqəmli ədədlərin yazılışında 9 rəqəmindən neçə dəfə istifadə olunur?
A)8 B)9 C)10 D)11






















?







34







?






17. 100-lük kvadratda sual işarəsinin yerinə yazılmış ədədlərin cəmindən 19vahid kiçik olan ədəd hansıdır?
A)144 B)126 C)137 D)234
18. a+12=b+8=c+16 İfadəsinə görə dəyişənləri
azalma sırası ilə düzün.
A)c,a,b,d B)d,b,a,c C)a,d,b,c D)a,b,c,d
19. Kubun və Paralelepipedin üzləri hansı həndəsi fiqurdur?
A) kvadrat üçbucaq B)kvadrat və düzbucaqlı C)düzbucaqlı və üçbucaqlı
20. Oxuduğu kitablarından 6 dənəsini Vüqara verən Rəhim, kitab mağazasından daha 4 kitab aldı və öz kitablarının sayını 75-ə çatdırmış oldu. Rəhimin əvvəl neçə kitabı vardı?
A) 64 B) 63 C) 73 D) 77



Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin