2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat



Yüklə 0,83 Mb.
səhifə13/40
tarix01.01.2022
ölçüsü0,83 Mb.
#105132
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
Musiqinin Haram Olması Barədə İcma94 Vardır - Bilinməlidir ki, hər zamanda və hər yerdə din imamları, musiqi, çalğı və musiqi alətlərinin haram edildiyi barəsində icma etmişlər. Allamə Qurtubi rahmətullahi aleyhi - deyir ki: «Onun haram edildiyində ixtilaf yoxdur»95. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Ud və bənzəri musiqi alətləri və çalğıların haram olunduğunda onlar müttəfiqdirlər»96. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – ümmətinin salehlərinə, abidlərinə və zahidlərinə əl çalmaq, dəf çalmaq ilə bərabər beytləri dinləmək üçün bir yerə yığışıb toplanmalarını din etməmişdir»97. İbnus Salahda, dəf və qaval ilə birlikdə mahnı oxumağı, bununla bərabər rəks edib, fit çalmağı halal qəbul edən, belə bir işin halal və Allaha yaxınlaşdıran bir əməl və ibadətlərin ən fəzilətlilərindən olduğuna inananların hökmü haqqında verilən bir suala bu fətvanı vermişdir: Bu kimsələr Uca Allaha iftira etmişlər. Onlar bu sözləriylə inkarçı, batinilərin yolu ilə getmiş, müsəlmanların icmasına müxalif olmuşlar. Müsəlmanların icmasına müxalif olan bir kimsə haqqında isə Uca Allah: «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115)98. İmam Şatibi, bir yerə toplanaraq cəmaat şəkilində yüksək səslə Allahı zikr edən, sonra da mahnı oxuyub, rəks edən bir topluluğa dair verilən suala belə cavab vermişdir: «Bütün bunlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yoluna, səhabələrini və onlara gözəl bir şəkildə tabe olanların getdikləri yola müxalif olmaq, sonradan uydurulmuş bidətlərdir». İmam Şafii – rahmətullahi aleyhi - deyir ki: «Musiqi məkruh olan bir əyləncədir. Kim onu çox dinləyərsə o, səfehlərdən sayılar və şəhadəti qəbul edilməz». İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Bu musiqi haramdır və çirkindir. Müsəlmanlardan heç kimsə onu mübah görməz. Üzündən həya pərdəsini və din örtüyünü sıyırıb atmış, Allaha, Rəsuluna, dininə və qullarına qarşı açıqca çirkinlikləri söyləyənlərdən başqası onu gözəl görməz. Bu kimi pisliklərə sahib olan musiqinin çirkinliyi insanların fitrətində də yer tutmuşdur. Belə ki, kafirlər də bundan ötrü müsəlmanları və dinlərini ayıblayırlar. Bəli, müsəlman alimləri, İslam dini ağıl və din xüsusunda, məhrəm qadınlar və uşaqlar haqqında bir çox pisliklərə səbəb olan bu musiqi dinləməkdən uzaqdırlar. Belə bir musiqi dinləmək dini nə qədər ifsad etmiş, neçə sünnətin ölməsinə səbəb olmuş, nə qədər həyasızlıq və bidətin canlanmasına səbəb olmuşdur?99

Kitab (Quran) oxunur, başlarını əydilər, xuşudan deyil!

Bu bir şəkildir, səmimiyyət yoxdur bunda yaxşı bil!

Bax, musiqi və çalğıda necə coşdurur!

Bil ki, buna Allah üçün deyil şeytan üçün coşdular!

Musiqinin qəlblərdə, ruhlarda və dinlərdə səbəb olduğu pisliklər sayılmayacaq qədər çoxdur. Mahmud əl-Alusi – rahmətullahi aleyhi - deyir ki: «Digər İslam ölkələrində və bəzi bölgələrdə musiqi bəlası hər tərəfi bürümüşdür. Məscidlər və başqa yerlər də bu şeydən qorunmamış-dır. Hətta bəzi vaxtlarda minarələrdə mahnı oxuyan müğənnilər təyin edilmişdir. Bunlar da içkini, meyxanaları və haram sayılan daha bir çox şerləri oxuyurlar. Bununla bərabər belələrinə vəkfdən bəlli bir pay da ayrılmışdır… Bundan daha çirkin sufilərin iblislərinin və azğınlarının etdikləridir. Digər tərəfdən onlar söylədikləri mahnıların və oxuduqları şerlərin ihtiva etdiyi batil dolayısıyla onlara etiraz edildikdə belə deyərlər: Bizlər (şərab) ilə İlahi sevgini, ən böyük sevgili olan Allahı qəsd edirik. Lakin belə bir fəhm hörmətsizlikdir. Çünki Allah: «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar». (əl-Əraf 180). Onların oxuduqları şerlərin çoxu oxuna biləcək şerlərin ən pisidir. Buna baxmayaraq onlar bu işin Allaha yaxınlaşdıran bir əməl olduğuna inanır və bu işi ən çox istəyən və arzu edənlərin Allahın nemətini ən çox istəyən, əzabından ən çox qorxan kimsələr olduğunu iddia edirlər. Allah onları öldürsün! Necə də iftira atırlar?»100.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin