«Bu gün sizin dininizi tamamladım» (əl-Maidə 3) deyə buyurmaqdadır. Əgər əyləndirici musiqi alətlərini çalmaq yaxud da dinləmək dinin bir parçasını təşkil etsə və aləmlərin Rəbbinə yaxınlaşdırıcı olsaydı, əlbəttə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu açıqlayar və ümmətinə ən mükəmməl şəkildə izah edərdi. Lakin heç bir Peyğəmbər belə bir şeyi əmr etməmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olana and olsun ki, sizi Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq hər nə varsa mütləq onu sizə əmr etdim və sizi Cəhənnəmə yaxınlaşdıracaq, Cənnətdən uzaqlaşdıracaq hər nə varsa mütləq onu sizə qadağan etdim»101102. Alləmə İbn Həcər Heysəmi – rahmətullahi aleyhi - deyir ki: «Tabur, ud, telli saz, kamança, santur (kanona bənzər alət) əylənməyi sevən və günahkar kimsələr tərəfindən bilinən başqa alətlərin hamısı ixtilafsız haramdır. Bunlarda ixtilaf olduğunu söyləyən xəta etmiş və nəfsi-istəyinə uymuşdur. Belə ki, bu halı onu kor və kar hala gətirmiş və onu təqvadan ayırmışdır…»103. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). Bu ayədə Allah möminlərin yolundan çıxaraq başqa yola sapan kimsənin gedəcəyi yerin Cəhənnəm olduğunu – Allah qorusun – bildirməkdədir. Müsəlmanların icması haqdır. O, möminlərin yoludur. Onların icmasına qarşı çıxana ayədə təhdid vardır. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənim ümmətimi sapıqlıqla bir araya gətirməz. Allahın əli cəmaat üzərindədir. Allahın əli cəmaat üzərindədir. Kim (söz, əməl və etiqad) olaraq cəmaatdan ayrılarsa Cəhənnəmə doğru ayrılmış olar»104.
Yuxarıda söylənilən səhabə, tabiin, ətbəu tabiin və sələfdən və onlardan sonra gələn alimlərin böyük bir qisminin sözlərindən aydın oldu ki, onlar çalğı və musiqinin haram olunduğunu icma etmişlər. Heç biri rüxsət verdiyini söyləmədi, istifadə etmələrini şiddətlə qadağan etdilər və musiqi alətlərinin qırılmasını əmr etdilər və: Onları qırdığına görə heç bir təzminat da ödənilməz105.
Dostları ilə paylaş: |