2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat


Dəfdən Sadəcə Qadınlar İstifadə Edə Bilərlər



Yüklə 0,83 Mb.
səhifə17/40
tarix01.01.2022
ölçüsü0,83 Mb.
#105132
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
    Bu səhifədəki naviqasiya:
  • Huda
Dəfdən Sadəcə Qadınlar İstifadə Edə Bilərlər: Kişilərin heç bir zaman, heç bir yerdə dəfdən istifadə etməsi isə caiz deyildir. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)»118. Həlimi rahmətullahi aleyhi - deyir ki: “Dəfdə çalmaq qadınlardan başqa heç kimə olmaz. Çünki bu onların əməllərindəndir. Peyğəmbər – sallallahu aleyhi və səlləm –isə qadınlara oxşamaq istəyən kişiləri lənətləmişdir”119. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Oxumaq, dəf çalmaq, alqışlamaq (əl çalmaq) qadınların işidir. Kişilərdən kim bunu edərdisə Sələflər onları Muxənnəs – arvadaoxşar kişi deyərdilər. Onlar həmçinin kişi müğənnisini də arvadaoxşar adlandırardılar. Bu söz onlardan çox məşhurdur”120. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Səhih hədislərdə varid olan dəf çalmaq yalnız qadınlara aiddir, kişilərə deyil. Çünki qadınlara bənzəməyə nəhy (qadağa) gəlmişdir (Bayram - Qurban və Ramazan - və toy mərasimlərində bu qadağan deyildir)”121. İbn Rəcəb – rahmətullahi aleyhi - deyir ki: “Dəfin yalnız toy mərasimlərində istifadə edilməsi onun digər günlərdə istifadə edilməsinin qadağan olunmasını bildirir”122.

İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: “Musiqi haqda insanlar çox danışdılar. Kimisi haram deyərkən, kimisi də bunu mübah saydı. Həm də heç bir pislik görmədi. Kimisi də pisliyi ilə bərabər mübah gördü. İlk öncə bir şeyin mahiyyətinə baxılması lazımdır, sonra da məkruhmu, harammı və ya başqa bir şeymi olduğu bilinir. Musiqi bir çox şeyə deyilir. Hacıların yollarda söylədiyi nəğmələrə də mahnı deyilir. Ərəb olmayan bəzi qövmlər həccə gəldikdə yollarda şer söyləyərdilər. Kəbəni, Zəm-zəm suyunu, Məqami İbrahimin vəsflərini söyləyərdilər. Bu cür şerlərin dinlənməsi mübahdır. Çünki bu nəğmələr insanı coşdurmaz və cuşa gətirməz. Eyni ilə döyüşə gedənlərin söylədikləri şerlərdə bu qəbildəndir. Həmçinin Məkkə yolunda Huda (dəvələri hərəkətə gətirmək) üçün şer söyləyərdilər. Belə bir şer söyləmək dəvəni də, insanı da hərəkətə gətirir. Lakin bu hərəkətləndirmə insanı coşdumaz və özündən çıxartmazdı. Necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əncəşə adlı şer söyləyən karvan başçısı vardır. O, söylədikcə dəvə bir az tez yürüyərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona: «Ey Əncəşə! Sən şüşə qabları (dəvələr üzərində olan qadınları qəsd edir) sürərkən bir az yavaş ol!» deyə buyurdu123. İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: «İmam Şafii – rahmətullahi aleyhi - dən rəvayət edildiyinə görə Ərəb şerlərini və hudə (karvan başının söylədiyi naməni) dinləməkdə bir məhzur yoxdur»124. İmam Şatibi – rahmətullahi aleyhi – Əncəşə hədisini rəvayət etdikdən sonra deyir: «Bu gözəl bir şeydir. Lakin Ərəblərin nəğmələri bu gün insanların etdikləri nəğmə növündən deyildir. Onlar özlərindən sonra ortaya çıxan çeşidli nəğmələr öyrənməzdilər, sadəcə şer söyləyərdilər. Onlar musiqi sənədini bilməyən, Ərəblərin ən-ənəsinə uyğun olaraq incə səslə oxuyardılar. Onların bu oxumalarından başqaları zövq almaz, musiqi kimidə qəbul etmədilər. Necə ki, Abdullah b. Rəvaha - radıyallahu anhu – nun Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda Hudə oxuması, Ənsarın Xəndəyi qazdıqları zaman söylədikləri şerlər bu növdəndir:

Bizlər Muhəmmədə beyət edənlərik,

Cihad üzərə həyatda qaldıqca,

Peyğəmbər: Allahım axirət xeyrindən başqa xeyir yoxdur,

Ənsar və Mühacirləri məğfirət et!»125.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin