Alimlərin Sözlərinə Əsaslanaraq Nəşidlərə Qulaq Asmaq Üçün İcazə Verilən Zəruri Şərtlər:
1. Nəşidləri dəvət və ibadət məqsədilə istifadə etməmək.
2. Nəşidləri “İslami Nəşidləri” adlandırmamaq. Bunun qadağan olunması barədə alimlərin sözləri zikr edildi.
3. Vacibdir ki, Nəşidlərin sözləri özündə xeyirdən başqa bir şey əhatə etməsin və şəriət çərçivəsindən kənara çıxmasın.
4. Nəşidləri onlarda olan mənalara görə qulaq asmaq lazımdır, səsin gözəlliyinə görə deyil.
5. Nəşidlər musiqi alətləri ilə müşayət olunmamalıdır.
6. Nəşidlər Xor şəkilində oxunmamalıdır.
7. Nəşidlər şer formasında oxunsun, melodik şəkildə deyil.
8. Nəşidlərdə gözəl, cəlb edici (kişi və qadın) səsləri olmasın.
9. Nəşidlər qrup halında oxunmasın.
10. Bütün bu şərtlərə əməl edilsə də belə Nəşidlərlə çox vaxt keçirməmək. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir»218.
Peyğəmbər – Sallallahu Aleyhi Və Səlləm – Nəyi Dinləyərdi? – Bu ümmətin nümunəsi Peyğəmbər - sallallahu aleyhi və səlləm – Allahın kəlamı olan Qurani Kərimi dinləyərdi. Qəlbi onunla rahatlanar, hüzn tapar və gözləri onunla yaşarardı. «Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (rahat olar)». (ər-Rəd 28). «Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik…». (əl-İsra 82). İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – mənə buyurdu: «Ey İbn Məsud! Mənə Quran oxu» dedi. Mən: «Ya Rəsulullah! Quran sizə nazil olduğu zaman mən sizə Quran oxuyacağam?» dedi. Peyğəmbər: «Mən onu başqasından dinləməyi daha çox sevirəm» deyə buyurdu. Mən də ən-Nisa surəsini oxumağa başladım. Nəhayət: Hər ümmətdən şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin) halları nə cür olacaqdır». (ən-Nisa 41). Ayəsinə çatmışdım ki, Peyğəmbər: «Bu qədər kifayətdi» deyə buyurdu. Mən ona tərəf çöndükdə gördüm ki, gözləri yaşla dolub219. Bir gün Rəslullah - sallallahu aleyhi və səlləm – məscidin yanından keçərkən Əbu Musa əl-Əşari - radıyallahu anhu – nun Quran oxuduğunu eşidir, dayanıb ona qulaq asmağa başlayır. Səhəri Rəsulullah - sallallahu aleyhi və səlləm – Ona: «Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...» deyə buyurdu. Əbu Musa: «Ya Rəsulallah, bilsəydim ki, mənə qulaq asırdın, (qiraətimi) Sənin üçün daha gözəl edərdim». «Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır)». (əl-Həşr 59). «Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər)». (ər-Rəd 31). «(Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!». (əl-Mursələt 50). Həsin b. AbdurRahman deyir ki, Əbu Bəkr - radıyallahu anhu – nun qızı Əsmə - radıyallahu anhə – dən soruşdum: «Quran oxuyarkən Rəsulullah - sallallahu aleyhi və səlləm – in səhabələri və Əhli Beyti nə edərdi?». O: «Allahın Quranda buyurduğu kimi idilər. Gözlərindən yaş axar və vücudları titrəyərdi» deyə cavab verdi. Ona: «Bizdə Quran oxuyan zaman özlərindən gedən kimsələr var» dedim. Əsmə: «Şeytandan Allaha sığınıram» dedi. Sad bə Əbu Vaqqas - radıyallahu anhu – deyir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Quran vəhy olunduğu zaman O, Quranı insanlara oxuyardı. İnsanlar: “Ya Rəsulullah! Sən bizə (maraqlı) hadisələri danış” dedilər. Allah bu ayəni nazil etdi: “Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir! (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız. (Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin”. (Yusuf 1-3). Peyğəmbər - sallallahu aleyhi və səlləm – bundan sonra yenə də uzun müddət Quranı insanlara oxumağa başladı. İnsanlar: “Ya Rəsulullah! Sən bizə hər hansı bir hekayəni danışsaydın” dedilər. Allah ayə nazil etdi: “Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi...”. (əz-Zumər 23)220.
SAQQAL
Bilindiyi kimi bu gün çox müsəlmanlar saqqal qırxmaq xəstəliyinə tutulmuşlar. İslam ümmətinin tarixində belə bir şey görünməmiş, müsəlmanların hidayət imamlarından saqqalını qırxan bir fərd də belə yoxdur. Bu sapıq adət bizə qeyri müsəlman ölkələrindən və ya aramızdan onların ölkələrinə gedib, saleh keçmişlərinin yolundan üz çevirərək özlərini təmamən onlara bənzədən, özlərinə möminlərin yolundan başqa yollar seçən kimsələr vasitəsiylə gətrilmişdir. «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Sizə nə əmr edirsə onu yerinə yetirin və sizə hər nəyi qadağan edərsə ondan uzaq durun. Çünki o, ancaq xeyirli olanı əmr edir və ancaq şər olanı qadağan edir». «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır». (əl-Əhzab 36). «Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq eşitdik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır». (ən-Nur 51).
Dostları ilə paylaş: |