2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat


İSBAL (İZARIN, PALTARIN UZUN OLMASI)



Yüklə 0,83 Mb.
səhifə31/40
tarix01.01.2022
ölçüsü0,83 Mb.
#105132
1   ...   27   28   29   30   31   32   33   34   ...   40
İSBAL

(İZARIN, PALTARIN UZUN OLMASI)

Burada söhbət geyimin topuqdan aşağı olmasından gedir. Bəzilərinin geyimləri yerə sürtülür, digərlərinin isə arxaları ilə sürünür. «Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)». (əl-Əraf 26). Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunlar Paltarının ətəklərini yerlə süründürən (Başqa rəvayətdə: «İzarın topuqdan aşağı olan qismi atəşdədir», «Möminin paltarı baldırının yarısına qədərdir. Bundan topuğa qədər olsa da bunda bir eyb yoxdur. Lakin bundan daha aşağı olan hissə atəşdədir»), verdiyi şeyi başa qaxan və yalan andlarla malını satan kimsə»239. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlük edərək paltarının ətəklərini yerlə sürükləyərsə Allah ona Qiyamət günü baxmaz». Əbu Bəkr: «Ya Rəsulullah! Mən əgər diqqət etməsəm izarım yerlə sürünür onda necə» deyə soruşdu. Peyğəmbər: «Sən bunu təkəbbürlənərək edənlərdən deyilsən» deyə buyurdu240. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Geyimin topuqlardan aşağı keçən hissəsi Cəhənnəmdədir»241. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlük edərək paltarının ətəklərini yerlə sürükləyərsə, göynəyinin qollarını və (başında olan) çalmanı uzadarsa Allah ona Qiyamət günü baxmaz»242. Rəsulullah – sallallahu aleyhi və səlləm – Əbu Curey Cabir b. Suleym - radıyallahu anhu – ya nəsihət edərək buyurdu: «Geyimin ətəklərini diz qapaqlarının yarısına qədər qaldır. Əgər belə etmək istəməsən topuqlarına qədər qaldır. Nə badə bundan aşağı salasan. Çünki bu təkəbbürlük əlamətidir. Allah da təkəbbürlüyü sevməz»243. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər ətəyi yerdə süründüyü halda namaz qıldı. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Get dəstəmaz al». Adam gedib dəstəmaz alıb qayıtdı. Peyğəmbər: «Təkrar get dəstəmaz al» deyə buyurdu. Adamlardan biri: «Ya Rəsulullah! Nəyə görə ona dəstəmaz almasını əmr etdin və səbəbini də demədiniz» deyə soruşdu. Peyğəmbər: «O, kişi ətəklərini yerlə süründürərək namaz qıldı. Allah ətəklərini yerlə süründürən kimsənin namazını qəbul etməz»244. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – in yanına gəldim. İzarım bir az aşağı enmişdir. Peyğəmbər: «Ey Abdullah! Geyimini yuxarı çək!» deyə buyurdu. Mən də çəkdim. Sonra: «Bir az da çək» deyə buyurdu. Mən bir az da çəkdim. Mən də izarımın uzunluğuna diqqət etdim. Cəmaatdan biri: «(Geyimini) haraya qədər qaldırım» dedi. Mən: «Diz qapaqlarımın yarısına qədər» dedim245. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlüklə paltarını yerlə sürükləyərsə Allah Qiyamət günü onlara nəzər salmaz». Ummu Sələmə - radıyallahu anhə – dedi: «Qadınlar ətəklərini nə şəkildə edəcəklər». Peyğəmbər: «Onlar ətəklərini bir qarış uzadırlar» deyə buyurdu. Ummu Sələmə: «O, zaman qadınların ayaqları açılır» dedi. Peyğəmbər: «Bir qarış da uzadın, artıq yox» deyə buyurdu246.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin