Saqqal Və İsbal Barəsində Digər Məzhəblərdə Keçən Hədislər - Saqqal saxlamaq yalnız Əhli Sünnə kitablarinda deyil digər məzhəb kitablarında da mövcuddur. «Saqqalı qırxmaq Allahın yaratdığını dəyişməkdir. Kim Allahın yaratdığını dəyişərsə Allah ona lənət etsin!»250. Müstədrək kitabında Müddəssir surəsinin 4-cü, «Paltarınıı təmizlə» ayəsinin təfsirində belə deyilir: Ayənin mənası paltarı qısa geyinmək deməkdir251. Muhəmməd b. Əli «Müddəssir» surəsinin 4-cü, «Paltarını təmizlə» ayəsi haqda soruşulduqda belə cavab vermişdi: «Yəni paltarını qısalt». Sonra isə dedi: «Paltarın topuqlarından aşağı düşməsin. Çünki paltarı topuqdan aşağı geyinmək Bənu Umeyyənin əməlindəndir»252.
Uzun paltar geyməyi və paltarın qollarının uzun olmasını məzəmmət ediblər xüsusilə hədisdə gəlib ki, paltarı təkəbbür üzündən yerlə sürükləyənlər və həmçinin paltarı topuqdan aşağı geyinənlər Cəhənnəm odundadırlar253. Əli - radıyallahu anhu - köynək geydiyi zaman köynəyinin qollarını yuxarı çəkər, barmaqlarından irəli çıxan hissəsini götürərdi254. Nəql edilir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Zərr - radıyallahu anhu - ya buyurdu: «Hər kim təkəbbür üzündən paltarını yerlə süründürərsə Allah Qiyamət günü ona rəhmət nəzərini salmaz»255. Həmçinin bu cür geyim Lut qövmünün əxlaqındandır. İmam Cəfər Sadiq – rahmətullahi aleyhi - rəvayət edir ki, Əli - radıyallahu anhu - bir gün bazara gedir və özü üçün əşrəfiyə üç paltaq alır. O, belə idi: «Köynəyi qolunun biləyinə qədər, fitəsi baldırının yarısına qədər, əbası ön hissəsindən döşünə qədər və arxadan kəmərdən aşağı idi. Həzrət evinə qayıdana qədər əllərini göyə qaldırıb bu nemətə görə Allaha həmd etdi»256.
Bığı azaltmaq çox təkid olunmuş bir qanundur. Bu iş insandan qəmi və vəsvəsəni yox edər257. Bığı dəriyə qədər azaltmaq daha yaxşıdır. Həql edilir ki, İmam Cəfər Sadiq – rahmətullahi aleyhi - bığını həmən miqdarda azaldardı258. İmakan yaratma ki, bığın çox uzansın, çünki bu halda şeytan orada özünə yer tapıb gizlənər259. Bir cümədən digər cüməyə dırnaq tutmaq və bığı azaltmaq insanı xora xəstəliyindən qoruyar və ruzisini çoxaldar. Cümə günü bu işi edərkən bu duanı oxuyun: «Bismilləhi Və Billəhi Və Alə Sunnəti Muhəmmədin Və Alə Əli Muhəmməd»260.
Dostları ilə paylaş: |