2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat



Yüklə 0,83 Mb.
səhifə27/40
tarix01.01.2022
ölçüsü0,83 Mb.
#105132
1   ...   23   24   25   26   27   28   29   30   ...   40
Saqqal - Bığdan başqa, çənə, iki çənə sümüyünün altı, iki yanaq və boyunun iki yanında bitən üz tükləri saqqal adlanır. Saqqal saxlamaq hər bir həddi buluğa çatan müsəlman kişi üçün fərzdir. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bığlarınızı qısaldın və saqqalarınızı uzadın (buraxın)»221.

Kafirlərə Bənzəmək - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şirk əhli bığlarını uzadır və saqqallarını qırxırlar. Onlara müxalif olun. Saqqalınızı uzadın və bığlarınızı qısaldın»222. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə oxşamayın»223. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müşriklərə müxalif olun. Saqqalı uzadın və bığları qısaldın»224. Peyğəmbər – sallallahu aleyhi və səlləm – saqqal qırxmağın müşriklərin adəti olduğunu və müsəlmanları onlara müxalif olmalarını əmr etmələrini və onlara bənzəməməklərini bildirmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır»225. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Başqasının sünnəti (adət ən-ənələri) ilə əməl edən bizdən deyildir»226. Bir Məcusi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlir. Onun saqqalı qırxılmış və bığları uzadılmış vəziyyətdə idi. Peyğəmbər: «Bu nədir?» deyə buyurdu. O: «Bu bizim dinimizdir» dedi. Peyğəmbər: «Lakin bizim dinimizdə bığlarımız qısaldılır və saqqalımız uzadılır»227. Kisranın Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına göndərdiyi iki elçisinin ikisi də saqqallarını kəsmiş və bığlarını uzatmışdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu insanlar üzünə də baxmaq istəmədi və onlara: «Vay sizin halınıza! Sizə bunu kim əmr etmişdir» deyə buyurdu. Onlar: «Bizə bunu Rəbbimiz (yəni Kisra) əmr etmişdir» dedilər. Peyğəmbər: «Lakin Rəbbim mənə saqqalımı uzatmağımı və bığlarımı qısaltmağı əmr etmişdir» deyə buyurdu228. Vay! Saqqalını qırxan müsəlmanın halına. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun üzünə baxmaqdan çəkinirsə o, nə cavab verəcəkdir? Hətta üzünü ona belə deyərək çevirərsə nə cavab verəcəkdir? «Vay sənin halına! Sənə bunu kim əmr etmişdir».

Saqqal saxlamaq Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmridir. Əmrə uyan savab, uymayan isə cəza görür. «Allaha və Onun Peyğəmbərinə asi olanları Cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar». (əl-Cinn 23). Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə uzun və gur saqqalı idi.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin