«Onlardan kimi bacarsan səsinlə yerindən oynat». (əl-İsra 64). Mücahid – rahmətullahi aleyhi - deyir ki: «İblisin səsi – musiqi, tütək, Ləhv – əyləncə və batildir»19. Dəhhaq b. Muzahim – rahmətullahi aleyhi - deyir ki: «O, tütəyin səsidir»20. əş-Şabi – rahmətullahi aleyhi - deyir ki: «Suyun bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir. Şübhəsiz zikr də suyun əkini yetişdirdiyi kimi qəlbdə imanı yetişdirir»21.
«İndi siz bu kəlama təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Qəflət içində qalıb oynayır, əylənirsiniz».(ən-Nəcm 59-61). İbn Abbas – radıyallahu anhu – deyir ki: «Və Əntum Samidun – bu musiqidir. Onlar Quranı dinlədikdə musiqi söyləyər və oynayardılar. Bu Yəmənlilərin ləhçəsidir. Usmud Lənə – bizə mahnı oxu deməkdir»22. Bir nəfər İbn Abbas – radıyallahu anhu – ya deyir ki: «Musiqi haqda görüşün nədir? O, halaldır, yoxsa haram?». İbn Abbas: «Mən yalnız Allahın kitabında haram olana, haram olduğunu söyləyirəm» dedi. Adam: «O, zaman halaldır?» dedi. İbn Abbas: «Bunu da söyləmirəm» dedi və əlavə olaraq: «Qiyamət günü gəldikdə, haqq ilə batili gördükdə musiqi harada olur?». Adam: «O, batil arasında olur» dedi. İbn Abbas: «Get, fətvanı özün verdin» dedi23.
«Onların Beytulhəramdakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı».(əl-Ənfal 35). İbn Qeyyim – radıyallahu anhu – deyir ki: «İbn Abbas, İbn Ömər, Atiyyə, Mucahid, əd-Dahhaq, Həsən və Qatadə – Allah onlardan razı olsun – ayədə keçən Muka –fit çalmaq, Tasdiyə –əl çalmaq mənasına gəldiyini söyləmişlər. İbn Abbas – radıyallahu anhu – deyir ki: “Qureyş Beytullahı çılpaq olaraq təvaf edir, fit verib əl çalırdılar». Mucahid – radıyallahu anhu – deyir ki: «Təvafda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısına çıxaraq təvaf və namazını pozmaq üçün fit verib, əl çalırdılar. Əl çalanlar, qamış və tütək, bənzəri şeylərə üfürərək səs çıxaranlar da bunlara bənzəyirlər. Bu sadəcə görünüşdə bir bənzəmə olsa da belə, onlara bənzəməyə çalışdığına görə qınanılır»24. Şeyx Əhməd b. Yəhya ən-Nəcmi deyir ki: «Allah əl çalan və fit verən Qureyşi pislədi. Allah birisini yalnız batil və boş bir davranışdan ötrü pislər. Başa düşülür ki, doğru və ya halal olsaydı Allah onları bundan ötrü pisləməzdi. Onları pislədiyinə görə bu onun haram və batil olduğunu göstərir. Eynilə haqqında hədd, cəza, lənət, qəzəb, atəş enən hər bir şeydə haramdır və böyük günahlardandır. Böyük imamlar belə söyləmişlər. Fit verib əl çalmaq pisləndi və bunlar əzabla yan-yana zikr edildi. Bu onların haram olduğunu ifadə edər. Böyüklərə hörmət əlaməti və şanlarını yüksəltmək üçün etdikləri alqış (əl çalmaq) da haramdır. Çünki o, Allahın kafirləri pisləməsinə səbəb olan əməllər-dəndir»25.