2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə10/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   6   7   8   9   10   11   12   13   ...   397
6. Fusuq Və Üsyan - «Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi». (əl-Hucurat 7).

7. Fəsad - «Bizim Peyğəmbərimiz İsrail oğullarına açıq möcüzələrlə gəlmişdilər. Bundan sonra da onların çoxu yer üzündə fəsad çıxarmaqdadırlar». (əl-Maidə 32).

8. Utuvv (təkəbbürlükdən həddi aşmaq) - «Qadağan olunduqları işə (balıq ovuna) təkəbbürlük (saymazyana münasibət bəslədikləri) vaxt onlara: Həqir, zəlil meymunlar olun! deyə əmr etdik». (əl-Əraf 166).
ZAMAN VƏ MƏKAN

Zaman Günah bəzi zamanlarda digər zamanlardan daha ağırdır. Məs: Haram aylarda, Ramazanda, Zilhiccənin ilk on günündə və s. «Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm). Bu doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir». (ət-Tövbə 36). Allah – subhənəhu və təalə – bu günlərdə zülm etməyi qadağan etmişdir. Bu günlərdə zülm etmək haram olduğu kimi başqa günlərdə də haramdır. Lakin bu günlərdə daha da ağırdır. Allah: «Bu aylarda özünüzə zülm etməyin» buyurdu: Zülmün nə olduğu isə öldürməyi halal saymaqdır kimi, günah etməkdir də deyilmişdir9. Qatadə – rahmətullahi aleyhi – deyir ki: «Haram aylarda zülm digər aylardakı zülmdən daha ağır, daha günahlıdır. Amma zülm hər bir zaman pisdir. Allah isə dilədiyi kimsə haqqında dilədiyi şeyi böyüdür». Qatadə – rahmətullahi aleyhi – deyir ki: «Allah yaratdıqları arasından dilədiyini seçdi. Mələklərdən də elçilər, insanlardan da elçilər seçdi. Sözlər içindən zikrini seçdi. Yer üzündən məscidləri, aylardan Ramazanı və Haram ayları, günlərdən Cüməni, gecələrdən Qədir gecəsini seçdi. Allah böyük görməsiylə bunların dəyəri artdı. Çünki işlər Allahın böyütməsiylə böyüyür. Elm əhli də, ağıl sahibi olanlar bunu belə bilirlər»10.

Ramazan ayı da ayların ən xeyirlisi və sultanıdır. O ayda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlərlə bağlanırlar. O ayın orucu və namazı, qədr gecələri Allah qatında ən məqbul ibadətlərdir. Allah – subhənəhu və təalə – ondan əcir və savab istəyərək Ramazanı orucla və namazla keçirən kimsəni məğfirət edər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Ramazan orucunu ixlasla və əcrini umaraq ibadət edərsə keçmiş günahları bağışlanar»11.



Məkan - Bəzi yerlər digər yerlərdən daha fəzilətli və daha bərəkətlidir. Yer üzünün ən fəzilətli hissəsi Məkkə, Mədinə və sonra da Beytul Məqdisdir. Bu yerlərdə qazanılan savab digər yerlərdən daha savablıdır və bu yerlərdə edilən günah qat-qat digər yerlərdə edilən günahlardan böyükdür. «Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq». (əl-Həcc 25). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Yəni kim orada böyük günahlardan iyrənc bir iş etmək istəyərsə deməkdir». İbn Cureyc, İbn Abbas - radıyallahu anhu – dan bunun bilə-bilə edənlər üçün olduğunu söyləmişdir. Əli - radıyallahu anhu – isə İbn Abbas - radıyallahu anhu – dan nəql etdiyi rəvayətdə «Zülmün», «Şirk» mənasına gəldiyini söyləmişdir. Mücahid – rahmətullahi aleyhi – deyir ki: «Məscidul Haramda Allahdan başqasına tapınmaq olduğunu» söyləmişdir12. Buna görə də Fil sahibi Əbrəhə və ordusu Məscidul Haramı Kəbəni yıxmaq istədikdə Allah Əbabil quşlarını göndərərək hamısını həlak etdi. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «İbn Məsud və İbn Ömər - radıyallahu anhum – isə dedilər ki: «Kim bu Kəbədə bir kimsəni öldürməyi qəsd edərsə Allah da ona əzab edər»13.

Allah – subhənəhu və təalə – bu yeri Peyğəmbər – sallallahu aleyhi və səlləm – üçün seçmiş, qullarına ibadət yeri etmiş və uzaqdan, yaxından ora gəlmələrini əmr etmişdir. İnsanlar ora yalnız başları açıq, könülləri Allaha yönəlmiş olaraq girə bilirlər. Orada qan tökülməz, yaş ağac kəsilməz, ov edilməz və s. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bu evə gəlir və qadına yaxınlaşmaz, günaha düşməzsə anadan doğulmuş kimi geri dönər»14. Allah onu ziyarətə gələnlərə savab olaraq Cənnətdən başqasını uyğun görməz. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözəl həcc edənin mükafatı isə Cənnətdən başqa bir şey deyildir»15. əl-Bələd əl-Əmin – şəhərlərin ən xeyirlisi və əmin-aman olanı. Allah iki dəfə bu şəhərə and içmişdir. «And içirəm bu şəhərə». (əl-Bələd 1). «And olsun bu təhlükəsiz, qorxusuz-xətərsiz şəhərə». (ət-Tin 3). Bu üç yerdən başqa heç bir yerə ziyarət məqsədi ilə çıxmaq olmaz. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu üç məsciddən başqa (digər yerlərə) səfər etmək üçün yüklər bağlanmaz. Mənim bu məscidim, Məscidul Həram və Məscidul Aksa»16. Həmçinin də orada olan Mina, Ərafət, Zülhiccə ayının son on günü: Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ən yaxşı dua Ərafat günü edilən duadır. Mən və məndən əvvəlki Peyğəmbərlərin dediyi isə: «Şəriki olmayan tək Allahdan başqa ilah yoxdur, səltənət və həmd ona aiddir və O, hər şeyə qadirdir»17. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ərafə günündə olduğu qədər Allahın atəşdən çox qul azad edəcəyi başqa bir gün yoxdur»18. Həcərul Əsvəd və s. Allah seçmişdir.



Belə bir yerlərdə edilən günahlar daha böyükdür və cəzası da daha şiddətlidir. Məlumdur ki, Məscidul Haramda qılınan bir namaz başqa yerlərdə qılınan namazlardan yüz min dəfə savablıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məscidində qılınan namaz isə min namaza, Məscidul Aksada qılınan namaz isə beş yüz namaza bərabərdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim bu məscidimdə qılınan bir namaz başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir. Lakin Məscidl Haramda qılınan namaz daha fəzilətlidir»19. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məscidul Haramdakı bir namaz başqa məscidlərdə qılınan namazdan yüz min dəfə fəzilətlidir»20.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin