2)Namaz Qılmamaq Küfrü – Namazın vacibliyini inkar etməməklə bərabər təmbəlliyi üzündən namazı qılmayan, lakin onu qılmağı həvəsi olan şəxs kiçik küfrə düşür. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizimlə onların arasında (vuruşmağımıza mane olan) əhd (saziş) namazdır. Kim namazı tərk edərsə kafir olar»251. Burada kiçik küfrə işarə edilir və onu edən dindən çıxmır. Lakin kim namazları inkar edərək Allahın şəriətinə mənsub olmadığını iddia etsə onda onun kafir və mürtəd olmasına (dindən çıxmasına) dair alimlər arasında ən kiçik ixtilaf da belə tapmaq olmaz.