5) Müsəlmanla Vuruşmaq - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»254. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – müsəlmanı söyməklə onunla vuruşmağı bir-birindən ayırdı və birini təkfir edilməyən fasiqlik/günah, digərini isə küfr olaraq isimləndirdi. Məlumdur ki, bu etiqadi küfr deyil, sadəcə əməli küfrü qəsd etmişdir. Küfrün bu növü onu İslam dairəsindən (millətindən) və dindən tamamən çıxarmaz. Necə ki, zina edən, oğurluq edən və içki içən də hər nə qədər iman ismi ondan yox olsa da belə dindən çıxmaz.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Veyl olsun sizlərə! Nəbadə məndən sonra bir-birinizin boyunlarını vuran kafirlərin halına bənzəməyin (dönməyin)»255. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrin bir-birlərinin boyun vurmaq misalını kafirlərə bənzədib. Əməli küfür adlandırıb, mütləq kafirin altına daxil olmur». Peyğəmbər – sallallahu aleyhi və səlləm – zina edənə, oğurluq edənə, borcu olana cənazə namazını qılmaması onun kafir olduğuna, İslamdan çıxdığına görə deyildir. Əksinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – əmr edərdi: «Qardaşınıza cənazə qılın». Peyğəmbər – sallallahu aleyhi və səlləm – in özünün cənazəni qılmaması həmən əməlin şiddətli günah olmasına və gələcəkdə insanların bundan çəkinmələrinə görə idi. «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun…». (əl-Hucurat 9).
Dostları ilə paylaş: |