2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Həmçinin – Allah, Peyğəmbərlərini, Nəbilərini də dilədiyi kimsələrdən seçir: «Allah Peyğəmbərliyi hara



Yüklə 4,25 Mb.
səhifə11/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   7   8   9   10   11   12   13   14   ...   397
Həmçinin – Allah, Peyğəmbərlərini, Nəbilərini də dilədiyi kimsələrdən seçir: «Allah Peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir». (əl-Ənam 124). «Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur». (əl-Qəsəs 68). «Allah mələklərdən də Peyğəmbərlərdən seçər, insanlardan da. Həqiqətən Allah (hər şeyi) eşidən və görəndir». (əl-Həcc 75). Çünki O, bu seçmənin seçilən üçün daha uyğun olduğunu, başqası üçün olmadığını bilir. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Peyğəmbərlər yüz iyirmi dörd min kişidir. Allah onlardan Rəsullar seçdi. Bunlar da üç yüz on üç kişidir»21. Onlardan da Ulul Azimi seçdi. «Xatırla ki, bir zaman Peyğəmbərlərdən əhd almışdıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!». (əl-Əhzab 7). Bunlar arasından da ikisini dost seçdi. İbrahim və Muhəmməd – sallallahu aleyhi və səlləm – i. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah İsmail oğullarını seçmişdir. İsmail oğullarından da Kinanəni, Kinanədən də Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından da Məni seçdi»22. Həmçinin də Allah səhabələri bütün dünya insanlarından ayıraraq seçməsi, onlar içərisindən bədr əhlini, Ridvan beyətində iştirak edənləri də seçməsi buna aiddir. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Allah qullarının qəlblərinə baxdı. Muhəmməd – sallallahu aleyhi və səlləm – in qəlbini qullarının qəlbləri arasında ən xeyirli qəlb olduğunu gördü. Buna görə də onu özü üçün (bir Peyğəmbər) olaraq seçdi və onu risalətlə göndərdi. Muhəmməd – sallallahu aleyhi və səlləm – in qəlbindən sonra yenə də qullarının qəlblərinə baxdı, onun səhabələrinin qəlblərini qullarının qəlbləri arasında ən xeyirli qəlblər olduğunu gördü. Buna görə də onları Peyğəmbərinə dini uğrunda vuruşacaq yardımçılar etdi. Buna görə də müsəlmanların gözəl gördükləri bir şey Allah dərgahında da gözəldir, pis gördükləri bir şey də Allah dərgahında da pisdir»23. Allah tək yaratdığı kimi tövbə edənləri, inananları və yaxşı əməl edənləri də seçdi. Onlar Onun qullarından, yaratdıqlarından seçdikləridir. Bu seçmə Allahın hikmətinə, kimin seçilməyə daha uyğun əhil olduğunu bilməsinə dayanır. Allah göyləri yeddi qat yaratdı. Onlardan ucalarını seçdi. Mələklərdən «Mukarrəbin» (Ona yaxın olanları) oraya yerləşdirdi. Mələklərdən Cəbrail, Mikail, İsrafil kimi mələkləri də seçməsi: Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qalxdıqda qiyamda təkbirdən sonra bu duanı oxuyardı: «Cəbrailin, Mikailin və İsrafilin Rəbbi…»24. Mələklərdən yalnız bu üçündən söz edilməsi seçilmələri və Allaha yaxınlıqlarının kamilliyindəndir. Halbuki göylərdə neçə-neçə mələklər vardır. Cəbrail vəhyin əminidir. Allah vəhy ilə onu Rəsullara və Peyğəmbərlərə göndərir. Mikail yağış, bitkilər və heyvanlarla, İsrafil Qiyamətin qopacağı və insanların diriləcəyi gün sura üfürəcəkdir. Allah Firdovs Cənnətini digər Cənnətlərdən üstün tutdu. Onu ərşin tavanı etdi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır»25.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin