2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə120/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   116   117   118   119   120   121   122   123   ...   397
BİDƏT NƏDİR?

Bidət Bəd sözündən götrülmüşdür. Uydurma, yeni bir şey irəli sürmək deməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonra ibadət və Allaha yaxınlıq niyyətilə qondarılmış, lakin nə Quranda, nə də Sünnədə dəlili olmayan hər hansı bir etiqadi sözə və əmələ deyilir. «Göyləri və yerləri icad edən (yoxdan yaradan) Odur». (əl-Bəqərə 117). Bu ayədə olan yaradan Bədi yəni Allah bundan əvvəl olmayan bir şeyi icad etdi deməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - sallallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır299.

Bidət günahdır. Hətta itaət paltarı geyindirilsə də belə böyük günahların ən böyüyündəndir. Çünkü bu Allahın şəriətinə bənzər bir şəriət çıxarmaq deməkdir. İmam Şatibi – rahmətullahi aleyhi – deyir ki: «Dində sonradan uydurulmuş bir yoldur. Bununla şəriətə bənzətmək qəsd edilir. (Məqsədləri isə) Allaha ibadətdə hasil olanı bu uydurulmuş yoll əldə etməkdir»300. Əbu Nəcih əl-İrbad b. Səriyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim ilə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: «Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır bizə vəsiyyət et». (Peyğəmbər) buyurdu: «Mən sizə uca və böyük olan Allahdan qorxmağınızı, başınıza Həbəşı bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ixtilaflar (ayrılıqlar) görəcəkdir. Mən sizə mənim sünnətimə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ona möhkəm sarılın, arxa dişlərınızlə ondan yapışın. Sonradan uydurulan işlərdən uzaq durun. Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir»301. İbn Ömər - radıyallahu anhu – deyir ki: «İnsanlar gözəl görsələrdə hər bir bidət zəlalətdir»302.




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin