2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə123/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   119   120   121   122   123   124   125   126   ...   397
Bidət Əhlinin Əlamətləri Hava və Bidət əhlinin üzərilərində görsənən və bu vasitələrlə tanınan bir çox əlamətləri vardır. Allah onlar haqqında Öz Kitabında, Peyğəmbər - sallallahu aleyhi və səlləm – də öz Sünnəsində bizə xəbər vermişlər. Bu da ümməti onlardan çəkindirmək, onların izlədikləri yolları izləməkdən onları çəkindirmək üçündür. Onların əlamətlərindən bəziləri: Şəriətin məqsədlərini bilməmək, ayrılıq, dağınıqlıq, cəmaatdan uzaq olmaq, mübahisə, düşmənlik etmək, ağlı nəqldən üstün tutmaq, sünnəti bilməmək, Qurani Kərimin mütəşabihlərinə dalmaq, Quranı sünnətə qarşı qoymaq, şəxsləri təzimdə həddi aşmaq, ibadətdə həddi aşmaq, kafirlərə bənzəməyə çalışmaq, Əhli Sünnəyə ləqəblər vermək və ələ salmaq, hədis və rəvayət əhlinə ağız əymək, təqlidçilik, filan şeyx belə dedi, filan alim belə dedi və s. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hovuza ilk gələn mən olacağam. Mənim yanıma gələcək olan oradan içəcək, oradan bir dəfə içən əbədiyyən susamayacaqdır. Mənim yanıma mənim tanıdıqlarım, onların da məni tanıdıqları bir qism insanlar gələcəklər. Mənimlə onların arasında əngəl qoyulacaqdır». Başqa rəvayətdə: «Onlar məndəndirlər» deyəcəyəm. Mənə: «Sən onların səndən sonra nələr uydurub ortaya çıxartığını bilmirsən». Bu dəfə mən də: «Məndən sonra dəyişiliklər ortaya çıxaranlar məndən uzaq olsunlar, məndən uzaq olsunlar. (Başqa rəvayətdə: «Ey Allahın Rəsulu! O, gün bizi tanıya biləcəksən?» deyə soruşdular. Peyğəmbər: «Sizin başqa ümmətlərdə olmayan bir əlamətiniz olacaqdır. O, vaxt sizlər (dünya da ikən almış olduğunuz) dəstəmazın əsəri olaraq üzünüz, əlləriniz və ayaqlarınız işıq saçar halda yanıma gələcəksiniz»)»305.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin