2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


BÖYÜK VƏ KİÇİK GÜNAHIN TƏRİFİ



Yüklə 4,25 Mb.
səhifə13/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   9   10   11   12   13   14   15   16   ...   397
BÖYÜK VƏ KİÇİK GÜNAHIN TƏRİFİ

Onlar deyirlər ki: «Allahın Quranda qadağan etdiyi hər bir günah böyük, Rəsulullahın Sünnədə qadağan etdiyi isə kiçik günah sayılır». Bir qrup da: «Qadağan olunan günaha hədə, cəza, lənət, qəzəb, bizdən deyildir gələrsə bu böyük günahdır, bunlar gəlməzsə bu kiçik günah sayılır». Digər qrup: «O günaha görə dünyada hədd, axirətdə əzab varsa böyük günah, dünyada hədd, axirərtdə isə əzab yoxdursa kiçik günah sayılır». Digər qrup: «Əgər bu günah haqda şəriətlər ittifaqa gəliblərsə ki, bu böyük günahdır deməli bu böyük günah, yox əgər bir şəriətdə böyük, digərində kiçik günah sayılırsa onda kiçik günahdır». Digər qrup: «Allah və Rəsulunun lənət etdiyi hər bir günah böyükdür». Digər qrup: «Nisa surəsinin əvvəlindən bu ayəyə qədər zikr edilənlər böyük günahlardır: «Əgər siz inkar (qadağan) edilmiş böyük günahlardan uzaqlaşa bilsəniz, Biz sizin kiçik günahlarınızı bağışlayarıq». (ən-Nisa 31).

Günahları böyük və kiçik deyə ayırmayanlar demişlər: Günahların nə böyüyü vardır, nə də kiçiyi. Çünkü sən hər ikisində də Allaha qarşı çıxmış olursan. Asilik tərəfdən fərq olmur. Çünkü sən hər ikisində də Allaha qarşı çıxmış olursan. Onlar deyirlər: «Günahlar Allaha zərər verməz və O bundan faydalanmaz. Buna görə Allah üçün bunların bəzisi digərindən böyük olmaz. Elə isə ortada yalnız Ona üsyan etmək və əmrinə müxalif olmaq qalır. Buna görə də günahların arasında fərq olmaz». Bir qrup da deyir: «Qul günahın böyüklüyünə və kiçikliyinə baxmasın. Lakin asi olduğu Zatın əzəmətinə, qüdrətinə və günahı etməklə asiliyinə baxsın. Bu da günahlar arasında heç bir fərqin olmadığına görədir. Əgər hökmdar kölələrindən birini mühüm bir iş üçün uzaq bir bölgəyə göndərsə, digər bir köləsini də sarayının yanında olan mühüm bir iş üçün göndərsə və bunların hər ikisi də ona üsyan edib əmrinə müxalif olsalar ikisinə də qəzəblənməsi və gözündən düşmələri eyni olar».

Lakin səhih odur ki, günahın böyüyü də, kiçiyi də vardır. İbn Abbas - radıyallahu anhu – da bu günahları ayırmış və böyük günaha da tərif verərək demişdir ki: «O günah ki, onu qurtarar hədd (qamçılanmaq, əl kəsmək, daş-qalaq və s.), hədə, əzab, od və lənət gələrsə bu böyük günahdır»40. İbn Atiyyə və İbnus Salah – rahmətullahi aleyhi – deyirlər ki: «Böyük günah həd (cəza) və ya haqqında Cəhənnəmlə təhdid olan, haqqında lənət edilən hər bir əməldir»41. İmam Qazali – rahmətullahi aleyhi – deyir ki: «Kişinin qorxu olmadan və peşmanlıq çəkmədən, vicdan hissi çəkmədən və cəsarətlə etdiyi xəta böyük günahdır. Nəfsinə uyan, peşmanlıq çəkərək, üzülərək, vicdan hissi çəkərək edilən xəta böyük günah deyildir»42. Bu tərifə etiraz olunaraq deyilir ki: «İnsan böyük günah olduğunu bilərək bir günah edər, bunu edərkən qorxsa, onu etməkdən peşmançılıq çəksə o əməl böyük günah olmaqdan çıxmaz». İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «Bir günah ki, şəriət ona böyük bir cəza təqdir edərsə böyük günah, bundan başqaları isə kiçik günahdır»43.



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin