2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


KƏFFARƏ CƏZASININ TƏYİN EDİLDİYİ YERLƏR



Yüklə 4,25 Mb.
səhifə135/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   131   132   133   134   135   136   137   138   ...   397
KƏFFARƏ CƏZASININ TƏYİN EDİLDİYİ YERLƏR

Kəffarələr üç günaha görə buyurulmuşdur: Birinci - Əsli halaldır, lakin müəyyən vaxtlarda qadağan edilən bir şeyi qadağan vaxtı etmək: Məs: Həcc ehramına girən kimsənin və oruclu bir kimsənin xanımı ilə yaxınlıq etməsi, heyizli və ya nifaslı xanımı ilə yaxınlıq etməsi. Əsli halaldır, lakin müəyyən vaxtlarda qadağa gəlmişdir. Bir kimsənin xanımı ilə arxa dəlikdən yaxınlıq etməsi belə deyildir. Çünki bu heç bir zaman halal olmayıb. Buna görə də bəzi fəqihlərin arxa dəlikdən yaxınlıq etməyi heyz və nifasa qiyas edərək ona da kəffarə verilməsini söyləmələri doğru deyildir. Arxa dəlikdən yaxınlıq homoseksualizm və içki içmək kimi heç bir vaxt halal olmayan bir əməldir. İkinci Allaha nəzir demək, Allahın adından and içmək və ya Allah üçün bir şeyi özünə haram edib sonra da onu halal etmək istəyən kimsə. Allah bunlar üçün kəffarələr təyin etmişdir. Bəzi fəqihlər qeyd edirlər ki, andın pozulmasına təyin edilmiş kəffarə yalnız Allahın adına olan hörmətsizliyə görə günahı ortadan qaldırsın deyə təyin edilmişdir. Çünki andı pozmaq bəzən vacib, bəzən müstəhəb də olur. Kəffarə isə bağladığı əhdə görədir. Üçüncü Bu da meydana gələn bəzi xətalar, etdiyi əskiklikləri düzəltmək üçün kəffarə vardır. Məs: Xətadan adam öldürmək, ehramda ov ovlamaq və s.



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin