Oruc Vaxti Qadağan Olunanlar - Əbu Hureyrə – radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim yalan danışmağı və yalanla əməl etməyi tərk etməzsə Allahın da bu kimsənin yeməsini və içməsini tərk etməsinə ehtiyacı yoxdur»505. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Oruc tutmaq üçün gecəni niyyətlə keçirməyənin orucu oruc deyildir»506. Peyğəmbər - sallallahu aleyhi və səlləm – cümə günlərini xüsusiləşdirərək oruc tutmağı və gecə ibadətləri etməyi qadağan etmişdir»507. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrinə iftar etmədən dalbadal oruc tutmağı qadağan etdi. Səhabələr: «Ya Rəsulullah! Siz ki, bunu edirsiniz?» deyə soruşdular. Peyğəmbər: «Mən sizin kimi deyiləm. Şübhəsiz ki, mən Rəbbim tərəfindən yedirdilir və içirdilirəm»508.