2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Valideynlərə Ölümlərindən Sonra Yaxşılıq Etmək -



Yüklə 4,25 Mb.
səhifə167/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   163   164   165   166   167   168   169   170   ...   397
Valideynlərə Ölümlərindən Sonra Yaxşılıq Etmək - Əbu Useyd Məlik b. Rabia – radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında idik. Bir nəfər gəlib: «Ey Allahın Rəsulu! Valideyinlərim öldükdən sonra onlar üçün ölümlərindən sonra bir yaxşılıq varmı?» dedi. Peyğəmbər: «Bəli, dörd gözəl xislət vardır. Onlar üçün məğfirət və bağışlanma diləmək, vəsiyyətlərini yerinə yetirmək, onların sadiq dostlarına (yoldaşlarına) hörmət etmək, onlar tərəfindən olan qohumlarla əlaqələri möhkəmləndirmək»578. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, ölümdən sonra ölünün dərəcəsi yüksəldilir. Ölü deyər ki: «Ey Rəbbim! Bu nəyə görədir?». Ona: «Övladın sənin üçün istiğfar (Allahdan məğfirət) dilədi»579. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul vəfat etdikdən sonra bütün əməllərinin savabı kəsilir. Üç əməldən başqa. Ardı kəsilməyən sədəqə (Sədəqəi Cariyə), İnsanları faydalandıran şərəfli elm, (valideyinləri üçün) dua edən saleh övlad»580. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ey Allahın Rəsulu! Mənim anam vəsiyyət etmədən vəfat etdi. Onun adından sədəqə versəm ona faydası olarmı?» Peyğəmbər: «Bəli!» deyə buyurdu581.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin