Qohumluq Əlaqələri Ömrü Uzadır - Ənəs b. Məlik – radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim ruzisinin bol olmasını və ömrünün uzanmasını istəyərsə qohumluq əlaqələrini möhkəmləndirsin»597. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəbbindən qorxanın və qohumluq əlaqələrini möhkəmləndirənin əcəli (ömrü) uzanar, malı çoxaldılar və əhli də onu sevər598.
Qohumluq Əlaqələrini Tərk Edənin Yaşadığı Topluluğa Rəhmət Enməz - Abdullah b. Əbi Əvfa – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Qohumluq əlaqələrini tərk edənin yaşadığı bir topluluğa rəhmət enməz»599. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki: «Savab qazanmaq məqsədilə malından özünə və ailəsinə xərcləyən elə bir insan yoxdur ki, bu əmələ görə Uca Allah onu mükafatlandırmasın. Elə isə əvvəlcə ailəndən başla. Malından artıq qalanı varsa onu ən yaxın və ən yaxın olanlara ver. Yenə artıq qalsa onu dilədiyinə ver»600.