2.Axirətdəki Hökmü: Əgər tövbə etməmişsə o kimsə Allahın iradəsi altında olur. Onun işi Allaha qalmışdır. Dilərsə onu bağışlayar, dilərsə cəzalandırar. Bu da Allahın ədalətindəndir. Çünki o, cəzanı haqq etmiş, lakin atəşdə əbədi qalmağı haqq etməmişdir. Zərrə qədər də sahib olduğu imanına görə Cəhənnəmdən çıxacaqdır. Buna görə də Əhli Sünnə imanın əslini qaldıran günah istisna olmaqla heç bir günahdan ötrü Qiblə əhlini təkfir etməzlər. Ubadə b. Samit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ərafə günü səhabələr-dən bir toplum olduğu halda buyurdu: «Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarınızı öldürməmək, yalanla heç kimsəyə iftira atmamaq, haram olmayan heç bir xüsusda itaətsizlik etməmək üzərə mənə beyət edin. Kim bunları yerinə yetirərsə əcrini vermək Allaha aiddir. Kim də bu şeyləri etdikdə başına bir müsibət gələrsə və sıxıtıya düşərsə bu onun üçün bir kəffarədir. Hər kim də bu günahlardan birini edərsə onun işi Allaha qalmışdır. Dilərsə onu bağışlayar, dilərsə cəzalandırar61. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – ilə birlikdə Mədinənin qara daşlı sahəsi ilə gedirdik. Uhud tərəfə döndükdə o, mənə buyurdu: «…Yerində qal! Mən gəlmədikcə heç bir tərəfə tərpənmə deyib qaranlıq gecədə gözdən itənə qədər irəlilədi. Bir müddətdən sonra mən gurultulu səslər eşitdim. Kiminsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzərinə hücum edib ona zərər yetirməsindən qorxduğum üçün qərara gəldim ki, səs gələn tərəfə gedim. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mənə dediyi sözlər yadıma düşdü və o, geri qayıdana qədər yerimdən tərpənmədim. O, qayıtdıqda mən dedim: «Ya Rəsulallah! Məni qorxudacaq səslər eşitdim» deyib eşitdiklərimi ona danışdım». O: «Sən həqiqətəndə bu səsləri eşitdin». Mən: «Bəli, ya Rəsulallah!». O: «O, Cəbrail – əleyhissəlam – idi. Mənə müjdə verərək dedi: «Ümətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs Cənnətə girəcəkdir». Mən: «Zina və oğurluq etsə də?» O: «Zina və oğurluq etsə də?» deyə cavab verdi62.