LUT QÖVMÜNÜN ƏMƏLİNİ ETMƏK
Bu əməli etməyin cəzası dünya və axirətdə ən böyük cəzalardandır. Artıq alimlər ixtilaf ediblər ki, hansının cəzası daha şiddətlidir. Lut qövmünün əməli, yoxsa zina və ya onların cəzası bərabərdir. Bu haqda üç qövl vardır:
Birinci – Əbu Bəkr, Əli, Xalid b. Valid, Abdullah b. Zubeyr, Cabir b. Zeyd, İbn Abbas, Zuhri, Rabiyə b. AbdurRahmən, İshaq b. Rahaveyh, İmam Məlik, İmam Şafii (iki görüşündən birində) və İmam Əhməd – Allah onlardan razı olsun – deyirlər ki, Lut qövmünün əməlini etmək zinanın cəzasından daha da şiddətlidir. Bunun cəzası istər evli olsun, istər evli olmasın hər bir halda ölümdür.
Dostları ilə paylaş: |