«Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda pərdə arxasından soruşun». (əl-Əhzab 53).Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi (naməhrəm olan) bir qadınla tək qalarsa üçüncüləri şeytandır»757. İbn Ömər - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu gündən sonra kimsə yanında bir-iki adam olmadan əri yanında olmayan bir qadının yanına qətiyyən girməsin»758. Ukbə b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Naməhrəm) qadınların yanına girməkdən çəkinin». Ənsardan biri: «Ya Rəsulullah! Əgər bu kimsə (qadının) ərinin yaxın qohumu olsa necə?» deyə soruşdu. Peyğəmbər: «Yaxın qohum – bu ölümdür» deyə buyurdu.759 İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nə badə sizdən biriniz yanında qohumu olmayan bir qadınla baş-başa qalmasın»760.