MUHALLİL VƏ MUHALLƏLUN LƏHU
Muhallil - Böşanmış bir qadını təkrar ərilə evlənə bilməsi üçün sırf bu məqsədlə nigahına alan kimsə. Muhalləlun Ləhu – Boşadığı zövcəsini yenidən ala bilmək üçün zövcəsinin başqasıyla belə bir evlilik etməsini qəbul etməkdir. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Muhallil və Muhalləlun ləhuya lənət olsun»775. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib ərindən ayrılmış qadını öz ərinə qayıtmasını halal görənə və həmçinin də bu işi gördürənə»776.
DƏYYUSLUQ
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uç qrup insana vardır ki, Qiyamət günü Allah onlara baxmaz: Ata-anasına asilik edən övlada, kişiləşən qadına və ailəsində pozğunluğa göz yuman dəyyusa»777. Dəyyusluğa – həyasızlıq yayan jurnalların, filmlərin evə gətrilməsinə göz yuman, qadınının və ya qızının telefonla yad kişilərlə danışması, gəzintiyə çıxması və bu kimi əməllərə göz yummaq da aiddir.
Dostları ilə paylaş: |