2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


QEYRİSİNİN ATASI OLDUĞUNU İDDİA ETMƏK VƏ ÖVLADDAN İMTİNA



Yüklə 4,25 Mb.
səhifə214/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   210   211   212   213   214   215   216   217   ...   397
QEYRİSİNİN ATASI OLDUĞUNU İDDİA ETMƏK VƏ ÖVLADDAN İMTİNA

İslam dininə görə müsəlmanın başqasının onun atası olduğunu iddia etməsi və ya özünü aid olmadığı bir nəsildən sayması qadağandır. Bəziləri belə bir əməli hər hansısa bir xeyirə görə, bəziləri də atasının onu körpə yaşlarından atmasına etiraz əlaməti olaraq edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bilərəkdən başqasının onun atası olduğunu iddia edən kimsəyə Cənnət haram edilmişdir»778. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəsilə ondan olmayan yad birini daxil edən qadının Allah yanında heç bir mükafatı yoxdur. Allah onu Cənnətinə varid etməyəcəkdir. Gözlərini ona dikmiş övladından imtina edən kişini isə Allah (Öz rəhmətindən) uzaqlaşdırar. Onu hamının yanında rüsvay edər»779. Əli - radıyallahu anhu – rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğu yazılmışdır: «Mədinənin Ayr və Sevr dağları ərazisindəki sahəsi haramdır. Hər kim Mədinənin bu haram daxilində Kitab və Sünnətə müxalif olan (günah780) edərsə və ya bir bidətçiyə yardım edərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar. Müsəlmanlar tərəfindən verilən (qorunmaq) zəmanəti birdir və hər kim bu işdə müsəlmanları badə verərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar. Hər kim özünü atasından başqasına nisbət edərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar»781. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Atalarınızı tərk (inkar) etməyin. Kim bilə-bilə atasını rəd edərsə o, küfr etmişdir»782. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim atasından başqasını ata olaraq iddia edərsə Allahın lənəti onun üzərinə olsun»783. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - salallahu aleyhi və səlləm – buyurdu: «Kim özünü atasından başqasına nisbət edərsə artıq küfr etmişdir, Kim də özünü nəsəb bağı olmayan bir qövmə aid edərsə (iddia edərsə) cəhənnmədə yeriniə hazırlaşsın»784.



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin