2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə221/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   217   218   219   220   221   222   223   224   ...   397
    Bu səhifədəki naviqasiya:
  • Birinci
ƏRAZİ ZƏBT ETMƏK

İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim haqqı olmayan bir torpaq parçasını alsa (zəbt) etsə Qiyamət günü yeddi qat yerin dibinə keçirilir»815. Yəla b. Mərra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qarış torpağı belə haqqı olmadan alarsa yeddi qat yerin dibinə qədər torpağı qazmaqla əmr ediləcəkdir. Sonra Allah Qiyamət günü insanlar arasında hökmünü verənə qədər Allah o torpağı həmən şəxsin boynuna yükləyəcək (keçirəcək)»816. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə»817. Səid b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir parça ərazini yolu ilə alarsa, qarşılığında Qiyamət günü yeddi qat yer onun boynuna dolanacaqdır»818. İbn Həcər – rahmətullahi aleyhi - Xattabi – rahmətullahi aleyhi - dən rəvayət edir ki: «Boynuna dolanacaqdır – ifadəsinin iki mənası vardır: Birinci Bu şəxs Qiyamət günü haqsız yerə aldığı yeri məhşərə daşımaqla yükümlü olacaqdır və beləcə o yer onun boynunda halqa kimi olacaqdır. İkinci yeddi qat yerin dibinə keçirilməklə cəzalandırılacaqdır. Hər yer qatı onun boynuna halqa şəkilində keçiriləcəkdir».



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin